“Robot və dronların yürüşü” - SEMİNAR

16:52 24-11-2018 | icon 582 | İqtisadiyyat
“Robot və dronların yürüşü” - SEMİNAR

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT LAB Tətbiq və Tədris Mərkəzi AREA Robotexnika Mühəndisliyi Akademiyası ilə birgə uşaqlar və gənclər üçün “Robot və dronlar yürüşü” adlı seminar keçirib.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, Seminar “Robopark” layihəsi çərçivəsində baş tutub.  Təlimin ilk hissəsində İKT LAB və AREA rəhbərləri açılış nitqi ilə çıxış edib. Məlumat verilib ki, hər iki qurum birgə robot və dron texnologiyaları üzrə təlimləri bundan sonra da davam etdirəcəklər.

 

Bildirilib ki, kiçik yaşlı uşaqlarla yanaşı, böyüklər də “Robopark” təlimlərində iştirak edə bilərlər.

Belə ki, 4-7 yaş üçün nəzərdə tutulan “ROBOMONTE” təlimi (montosori, robotexnika) 7 aylıq müddəti əhatə edir və  kiçik yaşlı uşaqların məntiqi düşünmə qabiliyyətinin, eləcə də texnoloji biliklərinin artırılmasına hesablanıb.

4 ay ərzində davam edəcək “MƏN PİLOTAM” təlimi (dronların öyrənilməsi, yığılması, test edilməsi) isə 8-12 yaş məktəblilərə dron texnologiyalarını öyrənmək və əyləncəli vaxt keçirmək imkanı yaradacaq. 

“AREAduino” təlimlərinin (mürəkkəb kodlama, “Arduino” platforması ilə işləmə və “Əşyaların interneti” texnologiyaları)  müddəti 6 aydır. Bu, peşəkar robot və kodlaşdırma təlimidir. Belə ki, valideynlər də öz övladları ilə birlikdə bu təlimə qoşula bilərlər. Bu təlimin yaş həddi yoxdur. 13-35 yaş aralığında hər kəs sözügedən təlimlərdə iştirak edə bilər. Qeyd edək ki, təlim yaş kateqoriyaları üzrə müxtəlif qruplarda keçirilir.

Bütün bu təlimlər zamanı iştirakçılar üçün təkcə dərs deyil, onların inkişafı üçün müxtəlif intellektual oyunlar və müsabiqələr də təşkil ediləcək.

 Seminar çərçivəsində  təlimçilər tərəfindən “Robomonte”, “Dronlar” və “AREAduino” ilə bağlı müxtəlif maraqlı təqdimatlar da keçirilib.

Növbəti hissədə isə iştirakçılara praktiki olaraq robot və dronların işləmə mexanizmi nümayiş olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı