"Rusiya Ermənistan və Azərbaycandan başqasını istəmir"

20:50 23-10-2021 | icon 978 | Geopolitika
"Rusiya Ermənistan və Azərbaycandan başqasını istəmir"

Rauf Məmmədov: "Zəngəzurda rus qoşunlarının yerlşdirilməsi niyyətini güdə bilər"

 

"Rusiya Zəngəzur dəhlizinin açılmasının vacibliyini qeyd edib. Bu mühüm məsələdir. Çünki İranın və Fransanın güclü təzyiqləri altında bu bəyanatı vermək Azərbaycanın və Türkiyənin mövqeyini dəstəkləmək kimi qiymətləndirilə bilər".

 

Bunu Versus.az-a politoloq Rauf Məmmədov Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı münasibətinə şərhində bildirib.

 

Politoloq vurğulayıb təbii ki, Rusiyanın da bu lahiyədə öz iqtisadi və geosiyasi maraqları var:

 

"Rusiya bu Dəhlizdən Türkmənistan qazının keçməsinə mane ola bilər. Çünki Türkmənistan qazı onun üçün böyük rəqibdir. Eyni zamanda, İranı da kənarlaşdırmağa çalışır. Rusiya bu dəhlizdən öz qazını Avropaya çıxarmaq üçün məsələ qaldıra bilər. Lakin, Rusiya bu dəhlizi öz nəzarətində saxlamağa çalışacaq. Bununla həm Türk birliyinə, həm də Avropanın enerji məsələlərinə təzyiq etmək imkanları əldə edəcək. Artıq alternativ yol qalmayıb. Çünki Rusiya Türkiyə ilə birgə İran-Qətər qazının Suriyadan Aralıq Dənizinə çıxışına nəzarəti öz əlinə alıb. Ermənistandan Qara Dənizə çıxışı Türkiyə ilə birgə qarşısını alıb. Bir yol qalır: o da Zərgəzur Dəhlizidir".

 

R.Məmədovun fikrincə, görünür, Rusiya-Türkiyə razılaşmasında bu məsələlər öz həllini tapıb:

 

"Bizim üçün bu variant hələ ki, sərf edir. Bundan istifadə edərək Azərbaycan-Türkiyə Rusiyadan müəyyən dividentlər əldə edə bilər. Bu sərhədlərin müəyyənləşməsində Rusiyanın Azərbaycanın xeyrinə qərar verməsi məsələsi ola bilər. Putin deyir ki, biz sərhədləri özümüz müəyyənləşdirəcəyik. Bu o deməkdir ki, bizim şərtlərlə razılaşsanız məsələni sizin xeyrinizə həll edə bilərik. Əvəzində Rusiya Zəngəzurda rus qoşunlarının yerlşdirilməsini Azərbaycan-Türkiyə ilə razılaşdırmaq niyyətini güdə bilər. Görünür, bu məsələr yaxın zamanda tərəflər arasında müzakirə mövzusu olacaq. Rusiya tərəf olaraq Ermənistan və Azərbaycandan başqasını istəmir. Məqsədi həm Erəmnistanda, həm də Azərbaycanda öz ordusunu saxlamaqdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər