Rusiya “6-lıq formatı”nın yaranmasında niyə maraqlıdır?

16:40 08-11-2021 | icon 486 | Geopolitika
Rusiya “6-lıq formatı”nın yaranmasında niyə maraqlıdır?

Samir Hümbətov: “"Altılıq platforma" Rusiya üçün "könüllü məcburi" kimi qəbul edilə bilər

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın həftəlik brifinqdə verilən suala cavab olaraq, “Biz Azərbaycan və Türkiyə prezidentləri tərəfindən irəli sürülmüş 3+3 regional məşvərət mexanizmini yaratmaq fikrini dəstəkləyirik”-fikirləri birmənalı qarşılanmayıb. Ekspertlər 8 avqust 2008-ci ildə Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərinin Rusiya tərəfindən işğal edilməsinə diqqət çəkərək, Rusiyanın regionla bağlı niyyətinin təmiz olmasına şübhə nümayiş etdirib. Rusiya da “6-lıq formatı”nı önə çəksə də, Gürcüstanın orda təmsil olunması birmənalı qarşılanmır.

 

Maraqlıdır, Gürcüstan “6-lıq formatı” ideyasına hansı halda qoşula bilər?

 

Versus.Az xəbər verir ki, bu barədə şərh verən politoloq Samir Hümbətov bildirib ki, Gürcüstan tərəfi Rusiya ilə hansısa platformada iştirak etmək niyyətində olmadığını hər fürsətdə dilə gətirir.

 

Digər tərəfdən, Gürcüstanın daha çox qərblə, xüsusilə də ABŞ-la yaxınlaşmaq niyyəti “6-lıq” platformada Gürcüstan və Rusiyanın birgə olması məsələsini şübhə altında qoyur:

 

“18 oktyabr 2021-ci ildə Gürcüstanda səfərdə olmuş ABŞ-ın müdafiə naziri Lloyd Austin Gücrcüstan müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb. Bu görüşdən sonra təşkil edilmiş mətbuat konfransında çıxışı zamanı ABŞ müdafiə naziri “altılıq platforması”nın yaradılması məsələsinə münasibət bildirərkən deyib ki, “Yaxşı olardı ki, Rusiya hər hansı yeni platforma haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsin”. Fikrimcə, ABŞ müdafiə nazirinin bu açıqlaması ABŞ-ın altılıq platforma ilə bağlı mövqeyini tam şəkildə ortaya qoymuş oldu”.

 

Poitoloq Rusiyanın bu platformanın yaradılmasında bu qədər maraqlı olmasını bir çox nüansla əlaqəlləndirib. Onun fikrincə, burda Rusiyanın bir neçə hədəfi var:

 

“Rusiya Gürcüstanla iqtisadi əməkdaşlığı gücləndirməklə aralarındakı konflikti unutdurmaq və onu təsir dairəsində saxlamaq istəyir. Gürcüstanı öz yanında görməklə ABŞ və Avropa Dövlətlərini regiondan mümkün qədər məsafəli saxlamaq niyyətini güdür. Eləcə də Rusiya uzun illərdir Qərbdən özünə qarşı tətbiq edilmiş sanksiyaların təsirini bu platforma vasitəsi ilə qurulacaq iqtisadi əməkdaşlıqla aradan qaldırmaq və təkcə Cənubi Qafqaz dövlətləri ilə deyil, eyni zamanda Türkiyə və İranla əməkdaşlığı gücləndirməklə ticarət-iqtisadi şəbəkəsini möhkəmləndirmək və sair niyyətini güdür. Digər tərəfdən, Ukrayna məsələsi hələ də gərgin olaraq qalır və demək olar ki, gərginlik hər gün daha da artmaqdadır. Ona görə də Rusiya ikinci belə böyük münaqişədən yan keçməyə çalışır”.

 

S.Hümbətov hesab edir ki, Rusiyanın arzuları çox olsa da, dünya siyasətinin mövcud reallıqları başqadır:

 

“Kreml strateqləri yavaş-yavaş anlamağa başlayırlar ki, zor gücünə və silahla nəyisə əldə etmək dövrü bitib. İndi əsas məsələ siyasi və iqtisadi müstəvidə uğur əldə etməkdir. Demək olmaz ki, altılıq platformanın yaradılması tam şəkildə Rusiyanın maraqlarına xidmət edir. Buna baxmayaraq, mövcud beynəlxalq siyasi şərait Rusiyanı vadar edir ki, Türkiyə və İranın da regionda varlığına səbrli yanaşsın.

Odur ki, "altılıq platforma" Rusiya üçün "könüllü məcburi" kimi qəbul edilə bilər”. /həftə içi/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər