İrana casusluq edirmiş

09:48 19-11-2021 | icon 374 | Dünya
İrana casusluq edirmiş

İsrailin müdafiə naziri Beni Qantzın evində xidmətçi işləyən şəxs İrana casusluq etməkdə şübhəli bilinərək həbs edilib.

 

Bu barədə İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) məlumat yayıb.

 

Belə ki, ŞABAK və İsrail Polisinin həyata keçirdiyi əməliyyat nəticəsində 2021-ci ilin noyabrında müdafiə nazirinin evində təmizlik işləri aparan İsrail vətəndaşı Omri Qoren dindirilmək məqsədi ilə həbs edilib.

 

Aparılan istintaq nəticəsində məlum olub ki, Omri  Qoren həbs olunmazdan bir neçə gün əvvəl öz təşəbbüsü ilə sosial şəbəkələr vasitəsilə İrana dövlətinə bağlı bir qurumla əlaqə saxlayıb və nazirin evində çalışdığını bildirərək müxtəlif yollarla qarşı tərəfə yararlı ola biləcəyini söyləyib.

 

Xidmətçi İranın xüsusi xidmət orqanlarına Beni Qantzın kompüterlərinə zərərli proqramlar yükləməyi təklif edib.

 

Şübhəli qismində saxlanılan şəxs niyyətinin və imkanlarının ciddiliyinə sübutu olaraq nazirin evindəki müxtəlif otaqların fotoşəkillərini, o cümlədən B.Qantsın kompüterinin şəklini göndərib.

 

İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) yaydığı açıqlamada vurğulanır ki, Omri Qorenin dövlət əhəmiyyətli məlumatlara çıxışı olmadığı üçün dövlət sirlərinin sızması baş verməyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər