Yaşayış minimumu 210 manata qaldırılır

11:39 24-11-2021 | icon 485 | İqtisadiyyat
Yaşayış minimumu 210 manata qaldırılır

Milli Məclisdə hökumət üzvlərinin iştirakı ilə büdcə müzakirələri davam edir. Spiker Sahibə Qafarova bildirdi ki, iclasda “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılır.

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili layihə haqda məlumat verdi. Bildirdi ki, 2022-ci ildə yaşayış minimumunun həddi 210 manat məbləğində müəyyən edilir. Layihəyə əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyənləşdirilir.

 

Qeyd edək ki, 2021-ci ildə yaşayış minimumu 196 manat olub.

 

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!