“Soçi görüşü Brüssel görüşünü kölgədə qoydu”

 

11:26 28-11-2021 | icon 519 | Geopolitika
“Soçi görüşü Brüssel görüşünü kölgədə qoydu”
 

 

15 Dekabrda Brüsseldə  Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri Şarl Mişelin vasitəçiliyi ilə görüşəcək. 15 dekabrı uğurlu və regionda yeni bir mərhələnin başlanğıcı kimi qeyd etmək olardı. Amma, Soçi görüşü Brüssel görüşünü kölgədə qoydu.

 

 

 

 

 

Bunu Versus.az-a Milli Cəbhə partiyasının (MCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

 

 

 

Politoloq hesab edir ki, Brüsseldə liderlərin görüşü və bunun nəticəsi əsasan, Soçi Bəyannaməsində qeyd edilənlərə sadiqliyi vurgulanacaq.

 

 

“Amma, N. Paşinyan bu görüşdə Minsk qrupunun həmsədrlərinin vasitəçiliyini önə çəkəcək və çalışacaq ki, danışıqlar predmetində bu məsələ gündəlikdə olsun.

Brüssel görüşü Moskva üçün gözlənilməz bir gediş idi və ona görə də Soçi görüşü tələm-tələsik təşkil etdi. Moskva anlayır ki, Cənubi Qafqazda vasitəçiliyi bir il ərzində səmərə vermir. Bu görüşdən sonra Kreml Ermənistanı bir neçə bəndə əməl etməsinə məcbur edə bilər.Çünki, bu görüş  Rusiyanın Qərb qarşında kartblanşı idi”.

 

Politoloq hesab edir ki, Azərbaycanla Rusiya arasında sülhməramlı qüvvələrinin fəaliyyəti və 9 noyabr Birgə Bəyannaməsinin 4-cü bəndi problem olaraq qalır.

M.Əsədullazadə hesab edir ki, Azərbaycan Ermənistanla problemləri müəyyən qədər həll etdikdən sonra əsas strateji plan Qarabağda etnik ermənilərin yaşadığı ərazidə qanunsuzluğa son qoymaq olmalıdır.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər