Sahibkarlar üçün “KOB dostu” - VERİLİŞ

14:51 29-11-2021 | icon 385 | İqtisadiyyat
Sahibkarlar üçün “KOB dostu” - VERİLİŞ

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “ASAN Radio”nun birgə əməkdaşlığı çərçivəsində sahibkarlar üçün yeni maarifləndirici layihəyə start verilir.

 

Agentlikdən verilən məlumata görə, dekabrın 1-dən etibarən “ASAN Radio”da sahibkarlar üçün “KOB dostu” proqramı yayımlanacaq.

 

Verilişin məqsədi cəmiyyətdə biznes savadlılığının artırılmasına, mövcud biznes imkanları və dəstək mexanizmləri barədə sahibkarların məlumatlandırılmasına dəstək göstərməkdir.

 

“KOB dostu” verilişində ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, dəstək mexanizmləri, bu sahədəki yeniliklər, həyata keçirilən layihələr və işgüzar dairələri maraqlandıran digər məsələlər müzakirə olunacaq.

 

Sahibkarlara dəstək və xidmət göstərən müvafiq dövlət qurumlarının nümayəndələri və peşəkar mütəxəssislər verilişdə iş adamlarını maraqlandıran məsələlərlə bağlı ətraflı məlumat verəcəklər. Həmçinin “KOB dostu” verilişində müxtəlif sahələrdə fəaliyyət göstərən biznes nümayəndələri təcrübələrini bölüşəcək, mövzu ilə bağlı sahibkarlardan daxil olan suallar canlı efirdə mütəxəssislər tərəfindən cavablandırılacaq.

 

Verilişi hər həftənin çərşənbə günü, saat 19:05-də “ASAN Radio”nun efirində dinləmək, həmçinin radionun və KOBİA-nın “Facebook” səhifəsində canlı izləmək olar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR