Kluni türklərin 35 milyonundan imtina etdi

14:39 06-12-2021 | icon 439 | Film
Kluni türklərin 35 milyonundan imtina etdi

Məşhur Hollivud aktyoru Corc Kluni bir çəkiliş günü üçün 35 milyon dollarlıq qonorar təklifindən imtina edib.

 

Versus.Az xəbər verir ki, bu açıqlamanı aktyor “İncə bar” filminin təqdimatından sonra verdiyi müsahibəsində deyib.

 

“Mənə hava yolu reklamında bir günlük çəkiliş üçün 35 milyon dollar təklif etdilər, amma mən Amalla (Kluninin həyat yoldaşı, insan haqları üzrə vəkil) danışdım və imtina etdik. Aviaşirkət müttəfiq olsa da, şübhə doğuran bir ölkəyə bağlı idi və ona görə də fikirləşdim ki, əgər bu mənim bir dəqiqəlik yuxumu əlimdən alacaqsa, buna dəyməz”, - Kluni bildirib.

 

Aktyorun bu etirafından sonra bir sıra ingilisdilli mənbələr yazıblar ki, söhbət Türkiyə aviaşirkətindən gedir.

 

Harri Lef “Viewfromthewing” portalındakı məqaləsində yazıb:

“Əlbəttə, mən səhv edə bilərəm, amma Türk Hava Yolları Kevin Kostneri dəvət etmişdi”.

 

“Paddleyourovnkanoo” nəşri də aktyorun ad çəkməməsinə baxmayaraq, söhbətin Türkiyədən getdiyini yazıb.

 

Qeyd edək ki, Corc Kluninin həyat yoldaşı Livan əsilli Amal Kluni erməni təəssübkeşi kimi tanınır. Onun qondarma “erməni soyqırımı”nın tanınması üçün dəridən-qabıqdan çıxması hər kəsə bəllidir. Hətta Kluni cütlüyü 2016-cı ilin aprelində qondarma “soyqırım”ın ildönümündə İrəvana səfər də etmişdilər.

 

THY məsələyə münasibət bildirməyib. Yeri gəlmişkən, ad çəkilmədən bir gün üçün 35 milyondan imtina etdiyini deməsi Kluninin özü haqda “təəssürat yaratması” da ola bilər. /kult.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər