El arasında “daban tikanı” adlandırılan XƏSTƏLİK

14:40 24-05-2023 | icon 1446 | Sağlamlıq
El arasında “daban tikanı” adlandırılan XƏSTƏLİK

Nərminə Abbasova: “Təqdim etdiyim müalicə üsulu çox effektlidir”

 

Son zamanlar qadınların hərəkətlərini məhdudlaşdıran problemlərdən biri də ayaqda yaranan şpordur. El arasında daban tikanı adlandırılan şpor əsasən daban hissədə dərialtında kalsiumun yığılması nəticəsində əmələ gəlir.

 

Mövzu ilə vağlı Versus.Az-ın oxucularını məlumatlandıran ailə həkimi, terapevt Nərminə Abbasova bildirdi ki, daban tikanı daban sümüyünün aşağı hissəsində, yəni ayaq barmaqlarını dabana birləşdirən hissədə kalsiumun toplanması nəticəsində yaranan nazik və iti bir sümük çıxıntısıdır.

 

Həkim qeyd etdi ki, daban mahmızı çox geniş yayılmış, topuqda güclü ağrılarla müşahidə edilən xəstəlikdir. Bu, dayaq-hərəkət aparatının pozğunluğu olub, tibbdə plantar fassit də adlanır:

 

“Fassit zamanı daban nahiyəsində yerləşən bağlar iltihablaşır. İltihab artdıqca, daban sümüyünün üzərində çıxıntılar əmələ gəlir. Məhz bu çıxıntılara “şpor”lar deyilir. Bəzən bu çıxıntılar 12 mm qədər olur. Əgər müalicəyə vaxtında başlanmazsa, dabanda dözülməz ağrılar, yeriyərkən axsamaq kimi fəsadlar narahatlıq yaradacq. Ağrılar xüsusilə uzun müddət ərzində oturduqdan və ya uzandıqdan sonra güclü olur, bir qədər gəzdikdən sonra isə ağrılar azalır.

 

Terapevt bildirdi ki, daban mahmızının əsas əlaməti ağrı sindromudur. Onun sözlərinə görə, ağrı dabanda yaranmış şporun yumşaq toxumaları zədələməsi nəticəsində yaranır. Nəticədə dabanda iltihabi proses meydana çıxır və ayağın pəncəsinə kimi yayılır:

 

“Ağrı fiziki yüklənmə, uzun müddət bərk səthdə ayaq üstə dayanarkən, gəzmə və tullanma hərəkətləri edərkən, narahat və dar ayaqqabı geyinərkən artır. Daban mahmızının ilkin əlaməti səhər yuxudan oyanarkən ilk addımlarda əmələ gələn ağrıdır, bir neçə addımdan sonra ağrı getdikcə azalır. Ağrılar çox kəskin olur və əsasən günün birinci yarısında daha çox hiss olunur. Ağrılar həmçinin insan uzun müddət ərzində uzandıqdan və ya oturduqdan sonra yeriməyə başladıqda əmələ gəlir. Plantar fassiya gündəlik summar yüklənməyə məruz qalır. Daimi gərginlik pəncədə mikrotravmaların əmələ gəlməsinə yol açır ki, bu da mahmızın yaranmasına təkan verir. Xəstəlik ən çox bütün günü ayaqüstə çalışan şəxslərdə rast gəlinir.

 

Nərminə xanım vurğuladı ki, şporanın yaranmasına təkan verən səbəblər yastıayaqlılıq, müxtəlif mübadilə pozğunluqları, artıq çəki, podaqra, virus infeksiyası, aşağı ətrafların qan dövranı pozğunluğu və daban sümüyünün kəskin və xroniki travmalardır:

 

 

“Bütün bu səbəblərlə yanaşı daban mahmızının əmələ gəlməsinə yanaşı gedən şəkərli diabet, revmatizm, artroz, artrit, Bexterev xəstəliyi kimi xəstəliklər yol aça bilər. Eyni zamanda, neyrodistrofik pozğunluqlar və onurğanın patologiyaları da şporanın yaranmasına təkan verir. Qeyd edim ki, xəstəlik ən çox yastıayaqlılıq və artıq çəkidən əziyyət çəkən şəxslərdə rast gəlinir. Bu, pəncəyə və dabana düşən artıq yüklə əlaqədardır kı, bu da əlavə sümük çıxıntıları əmələ gətirir”.

 

Həkim deyir ki, Plantar fassit dioqnozu əsasən yaşlı şəxslərdə təsadüf edilir, adətən 40 yaşından sonra əmələ gəlməyə başlayır. Terapevtin sözlərinə görə, qadınlarda bu pozulmaya kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir:

 

 

“Sümük toxumasının zədələnməsi, aşağı ətraflarda qan dövranı pozğunluğu və toxumalarda regenerasiya prosesinin zəifliyi yaşlı şəxslərdə daha çox müşahidə edilir. Bu da xəstəliyin inkişafına start verən mexanizmdir.

Xəstəliyin diaqnostikasına gəlincə, daban şporu diaqnozun qoyulması Rentgen müayinəyə əsasən qoyulur. Rentgen şəklində daban sümüyündə olan iti çıxıntı-osteofitlər görünür. Onu da deyim ki, tibbdə şporanın müalicəsi medikamentoz, cərrahi və fizioterapevtik metodlarla həyata keçirilir. Müalicəyə yüklənməyə məruz qalan pəncənin artıq yükdən azad olunması ilə başlamaq lazımdır. Bunun üçün ilk növbədə ortopedik pəncə yastıqcıqlarından istifadə etməyi tövsiyyə edirik. Müalicənin sonrakı etapı ayaq fassiyasında yaranmış iltihabı aradan qaldırmağa yönəldilməlidir. Diqqətinizə çatdırım ki, məlhəmlər, mazlar, müxtəlif ağrıkəsici kremlər və vannalar sadəcə olaraq ağrını müvəqqəti azaldır”.

 

 

Nərminə xanım daban şporlarının müalicəsində zərbə-dalğalı terapiyadan istifadədən də bəhs etdi. Bildirdi ki, bu günkü gün üçün Zərbədalğalı terapiya çox gözəl müalicəvi alternativ metod hesab edilir. Onun sözlərinə görə, bu terapiya qısa müddətə müsbət nəticə əldə etməyə kömək edir:

 

“Bu müalicə üsulu çox effektlidir. Sadə və eyni zamanda qəliz bir prosedurdur. Zərbə-dalğalı terapiya həm iltihabı azaldır, həm də osteofitləri parçalayır. Ağrı nahiyyəsinə ultrasəs dalğaları 3-4 sm dərinliyə qədər ötürülür. Bu dalğalar müxtəlif tezliklərdə təsir edir. Bu zaman zədələnmiş bağlarda və sümüklərdə yığılmış kalsi yığıntiları tədricən parçalanaraq yumuşalır və qan vasitəsilə xaric olunur. Paralel olaraq regenerasiya prosesləri güclənir və nəticədə iltihab və ödem əlamətləri itir. Damarlar genişlənir, mikrosirkulyasiya güclənir və yumşaq toxumalarda hüceyrə bərpası sürətlənir. Dabanda qan dövranı yaxşılaşdığından gələcəkdə mahmız xəstəni narahat etmir. Birinci seansdan sonra dabanda olan ağrı azalır, bütün kursu keçəndən sonra sağalma baş verir. Zərbə dalğalı terapiya zamanı vətər və bağlar möhkəmlənir. Prosedurun müddətini həkim təyin edir”.

 

 

QEYD:

 

Həkim terapevt Nərminə Abbasova daban tikanı adlandırılan şpor xəstəliyindən əziyyət çəkənləri müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Xətai rayonunda evlər plana düşdü

Hərbçilərimizin Türkiyədəki TƏLİMLƏRİ