"Azərbaycanın post-müharibə konsepsiyasi Brüsseldə bir daha təsdiqləndi"

20:02 15-12-2021 | icon 594 | Geopolitika
"Azərbaycanın post-müharibə konsepsiyasi Brüsseldə bir daha təsdiqləndi"

Aydın Quliyev: “Azərbaycanın “Dəhliz diplomatiyası” Brüsseldə qalib gəldi”

 

“Avropa Birliyinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan  dövlət rəhbərləri arasında danışıqların nəticələrini uğurlu saymaq olar. Bu görüş və əldə olunan nəticələr müəyyən qədər Soçi görüşünün davamıdır.  Eyni zamanda Soçidə əldə olunmuş razılaşmaların daha konkret  şəkildə möhkəmləndirilməsi və Ermənistan üçün  konkret məsuliyyətin qoyulması baxımından təqdirəlayiqdir”.

 

Versus.az xəbər verir ki, bunu hafta.az-a siyasi şərhçi Aydın Quliyev Brüsel görüşünün əhəmiyyətini təhlil edərkən bildirib.  

 

A.Quliyev görüşdə, xüsusilə itkin düşmüş şəxslərin aydınlaşması ilə bağlı tərəflər arasında  müzakirəyə çağırışın edilməsini olduqca əhəmiyyətli hesab edib:

 

“Bu, Ermənistanın illər boyu yaymaq və açmaq istəmədiyi bir mətləbin üzərinə gedilməsi deməkdir.  Çünki 90-cı illərin ortalarından Azərbaycanın 4 minə qədər  insanının taleyinin necə olduğu bəlli deyil.  Bunlar Ermənistana  müxtəlif şəraitlərdə əsir düşmüş, Ermənistanın silahlı dəstələri tərəfindən naməlum istiqamətlərə aparılmış  Azərbaycan vətəndaşlarıdır. Aydın məsələdir ki, onların taleyinin aydınlaşdırılması bizim üçün çox prinsipialdır.  Bu Azərbayacan dövlətinin özünün vətəndaşının taleyinə biganə qalmamasının nümayişidir”. 

 

 A.Quliyev eyni zamanda bildirib ki, Bürsseldə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi və sülh sazişinin bağlanmasına edilən çağırış olduqca prinsipial və əhəmiyyətlidir:

 

“Cənab Mişel açıq şəkildə dedi ki, münaqişənin  aradan qaldırılması və sülh sazişinin imzalanması üçün  addımların atılması vacibdir.  Bu, əslində “Dağlıq Qarabağ” münaqişəsi deyilən münaqişənin başa çatması,  tarixə  qovuşaması barədə Azərbaycanın konseptual  mövqeyinin Avropa Birliyi tərəfindən dəstəklənməsidir. Azərbaycan hesab edir ki,  münaqişə başa çatıb və bu proses məntiqi olaraq sülh sazişinin bağlanması ilə nəticələnməlidir ki, Avropa komissarı da bu mövqedən çıxış elədi.  Əslində Avropa komissarı və Avropa Birliyində müzakirə olunan məsələlərlə bağlı Ermənistanın  manevr imkanlarını  minimuma endirib. O mənada ki,  Brüsseldə elə məsələlər müzakirə olunub, razılaşmalar əldə olundu ki, bu məsələlərlə bağlı  Ermənistan zaman-zaman pozucu mövqe tuturdu, onların  həll olunub axıra çatdırımasında maraqlı deyildi.  Bunlar Zəngəzur Dəhlizinun açılması, sərhədlərin delimitasiya və demorkasiyası, mina ərazilərin təmizlənməsi, humanitar problemlərin  həll edilməsi və sair məsələrlə bağlı idi. Avropa Burliyi Zəngəsir dəhlizinin açılmasında maraqlı olduğunu ortaya qoydu və  sərhədlərin delimitasiyası  ilə əlaqədar hər iki tərəfin işçi qrupunun yaradılmasını  tövsiyə etdi. Bu, əslində Ertmənistanın indiyə qədər yayındığı  bir məslənin konkret şəkild ortaya gətirilməsi deməkdir. Çünki  Soçu razılaşmasında da  delimitasiya ilə bağlı ikitərəfli komissiyanın yaradılması  nəsərdə tutulurdu ki, Bürüssel sammiti bu ideyanı daha da davam etdirdi, konkretləşdirdi. Və ikitərəfli komissiya ilə bərabər hər iki tərəfdən işçi qrupunun yaradılmasını da təklif etdi ki, bu da delimitasiya istiqamətdə gedən proseslərin səmərəsini xeyli artıra bilər”.

 

A.Quliyev hesab edir ki, Brüsseldə əldə olunmuş nəticələr müharibədn sonra bölgədə olan gərginlii aradan qaldırmaq, gələcəkdə sülhə  yönəlik perspektiv açmaq baxımından əhəmiyyətlidir. Azərbaycanın “Dəhliz diplomatiyası” Brüsseldə qalib gəldi. Azərbaycanın post-müharibə konsepsiyasi Brüsseldə bir daha təsdiqləndi. /hafta.az/ 

 

T.Qafarılı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər