"Avropa İttifaqı axır ki, Azərbaycanın mövqeyini dəstəklədi"

10:53 16-12-2021 | icon 544 | Geopolitika
"Avropa İttifaqı axır ki, Azərbaycanın mövqeyini dəstəklədi"

Nizami Verdiyev: "İtkin düşmüş 4 mindən artıq insanımızın taleyi hələ də məlum deyil"

 

"Avropa Şurasının prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilib və Ermənistan öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib

 

Versus.az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Azərbaycan və Ermənistan liderlərinin görüşünü şərh edərkan bildirib.

 

Onun sözlərinə görə, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək:

 “Paşinyan “Facebook” hesabından "Üçtərəfli görüşdə dəmir yolunun istifadəyə verilməsi barədə razılığa gəldik. Ermənistan da İranla və Rusiya ilə dəmir yolu əlaqəsi əldə edəcək” postunu paylaşıb. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel isə bəyanatla çıxış edərək bildirib ki, iki ölkə arasında münasibətlər nizama salınmalı, Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Aİ tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qəbul edilməlidir. İlk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu, çox vacibdir, çünki birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi hələ də məlum deyil”.

 

N.Verdiyev bildirib ki, Brüssel görüşündə Avropa İttifaqı axır ki, Azərbaycanın mövqeyini dəstəklədi:

“Bizə lazım olan məsələlər bu görüşdə bir daha vurğulandı: Azərbaycanın ərazi bütövlüyü, kommunikasiyaların açılması, minaların təmizlənməsi, Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımların atılması məsələləri var idi ki, bu məsələlər bu görüşdə öz əksini tapdı”.

 

SEVDA
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər