“The Matrix” filminin son bölümünün mənasından danışdılar

07:56 17-12-2021 | icon 607 | Film
“The Matrix” filminin son bölümünün mənasından danışdılar

“The Matrix” filmində baş rolu ifa edən Hollivud aktyoru Kianu Rivz filmin yeni hissəsinin mənasını açıqlayıb.

 

Artist “Matrix: Dirilmə” (“The Matrix Resurrections”) filminin bir sıra mühüm mövzuları ələ almasına baxmayaraq, əsas mövzunun sevgi hesab etdiyini bildirib.

 

Bu barədə “Matrix” ulduzlarının “İzvestiya”ya müsahibəsi zamanı danışılıb. 

 

“Mənə elə gəlir ki, ilk növbədə sevgidən bəhs edr. Və başqa nə? Necə düşünürsən?", – deyə Rivz “Triniti” rolunun ifaçısı Keri-Ann Mossa müraciət edib.

 

Həmkarı isə ona cavab olaraq bildirib ki, tamaşaçılar filmə baxmaqla idarəetmə sistemlərinin nə olduğu barədə düşünəcəklər.

 

“Gəlin, bunun sevgi və idarəetmə sistemlərinin öyrənilməsi haqqında olması üzərində dayanaq! Həmçinin daha yaxşı reallıq üçün mübarizə aparmağa çalışmaq haqqında! Həm də təkcə insanlar üçün deyil, proqramlar və maşınlar üçün - Hamı üçün!” – deyə “Neo” rolunun ifaçısı aktrisa ilə razılaşıb.

 

Keri Enn Moss “The Matrix” filminin ümumiyyətlə həmişə sevgi haqqında olduğunu bildirib.

 

Rivz əlavə edib ki, “The Matrix”in arxasındakı ideya bir qədər Buddizmə bənzəyir. Onun sözlərinə görə, film həyatı tərənnüm edir, buddizmdə də insan samsara çarxından qaçıb ölümün nə olduğunu dərk etməyə çalışır.

 

“Ancaq çox əhəmiyyətli bir fərq var. “Matrix”də ölüm haqqında demək olar ki, heç bir fikir yoxdur. Düşünürəm ki, bu, həyatın bir bayramıdır”, - deyə o bildirib.

 

Qeyd edək ki, filmin nümayişi dekabrın 16-a planlaşdırılıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər