Rusiya aviaşirkətinə Füzuliyə uçuşa icazə verildi

14:29 20-12-2021 | icon 1497 | Gündəm
Rusiya aviaşirkətinə Füzuliyə uçuşa icazə verildi

Rusiyanın “Rosaviasiya” Federal Hava Nəqliyyatı Agentliyi üç aviaşirkətə Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana 7 reys həyata keçirməyə icazə verib.

 

“Azur Air”, “Severnıy Veter”, “İrAero” aviaşirkətlərinə Azərbaycana uçuşlara icazə verilməsi qərara alınıb.

 

Federal Hava Nəqliyyatı Agentliyinin qərarı ilə “İrAero” aviaşirkəti həftədə iki dəfə olmaqla Moskva-Füzuli və Moskva-Zaqatala reyslərinin yerinə yetirilməsinə icazə alıb.

 

Bundan əlavə, “Azur Air” Rusiyanın dörd şəhərindən - Samara, Rostov-na-Donu, Krasnodar, Kazan şəhərlərinin hər biri həftədə iki dəfə olmaqla Bakıya uçuşlar həyata keçirə bilmək, “Severnıy Veter” aviaşirkəti isə həftədə yeddi dəfə olmaqla Soçi-Bakı reysini yerinə yetirmək hüququ əldə edib.

 

Qeyd edək ki, oktyabrın 15-də Azərbaycanın Baş naziri Əli Əsədov Füzuli şəhərinin hava limanına beynəlxalq statusun verilməsi haqqında qərar imzalayıb. Oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə hava limanının rəsmi açılışı olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır