Polis sakinləri ALDP sədrinə şikayətləndikləri üçün hədələyib

14:56 30-11-2017 | icon 565 | Sosial
Polis sakinləri ALDP sədrinə şikayətləndikləri üçün hədələyib

“Prezidentə, Birinci vitse prezidentə, Binəqədi icra başçısına və binəqədi bələdiyyə sədrinə müraciət etdim. Mənim müraciətimdən sonra kimlərsə sakinləri narahat etməyə başlayıblar”.

Versus.Az-ın məlumatına görə, bunu Binəqədi rayon sakinlərinin həmin rayonun polisi tərəfindən təhdid edilməsiylə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib.

Belə ki, problemlər içində yaşayan sakinlərin öz güzəranları ilə bağlı noyabrın əvvəlində ALDP sədriylə görüşlərində şikayətlənmələri Binəqədi polisini qəzəbləndirib. O, sakinlərə “niyə partiya sədrinə şikayətlənibsiz”, sizin ALDP ilə nə əlaqəniz var” və sair suallarla qəzəbini göstərərək, tez bir zamanda onlarla görüşüb bu suallara cavab almaq istədiyini deyib.
Sakinlər bu hədələrdən narahat olduqları üçün ALDP sədrindən kömək istəyiblər. Məsələ ilə bağlı Fuad Əliyevin tapşırığı ilə köməkçisi məşğul olub. Sədr köməkçisi Zeynal Nağdalıyevin şöbəsində işləyən Tağı adında bir nəfərlə əlaqə saxlayaraq, vətəndaşların yaşayışını düzəltmək əvəzinə polis göndərib hədə-qorşu gəlinməsinə aydınlıq gətirməsini istəyib. Həmin şəxs isə cavab verib ki, polisin bu işə nə üçün qarışdığını araşdıracaq.

QEYD:

Noyabrın əvvəlində Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Bakı şəhəri, Binəqədi kəndində yaşayan bir qrup sakindən partiyaya daxil olan şikayətləri araşdırmaq üçün həmin ünvana baş çəkmişdi. Sakinlərlə görüşdə Binəqədi kəndində, Mədən 1-də yaşayan sakinlər əsasən mərkəzləşdirilmiş kanalizasiya sisteminin və zibil qutularının yoxluğundan, yolların bərbad vəziyyətdə olduğundan şikayətləniblər. Mirsəlim Məmmədov adlı sakin yağışlı havalarda yollarda vəziyyətin daha acınacaqlı olmasından danışaraq bildirmişdi:
“Yola baxın. Bir həftə bundan qabaq yağış yağıb, yaranmış gölməçə hələ də qalıb. Biz heç yerə çıxa bilmirik, uşaqlar məktəbə qedənəcən ayaqqabıları çirkli və su içində olur. Eyni zamanda zibilimizi atmağa bir zibil qutusu da tapmazsınız bu kənddə. Məcbur olub zibili bir küncə tullayırıq. O da həftələrlə qalaqlanır, gəlib daşımırlar. Digər tərəfdən, kanalizasiya xətti yoxdur, evlərdən çıxan çirkab sular bu gölə axıdılır. Hələ bu soyuq havada zibilin iyi bu qədər hiss olunur, yayda zibilin, kanalizasiyanın üfunət iyindən heç dayanmaq olmur buralarda”.

Digər şikayətçilər də bu kimi problemlərdən danışaraq bildirmişdilər ki, bir neçə dəfə mövcud problemlərlə bağlı Binəqədi Bələdiyəsinin nümayəndələrinə məlumat veriblər, amma vəziyyət olduğu kimi qalıb. Sakinlərin sözlərinə görə, ətraf mühitin çirklənməsi uşaqlar arasında bir sıra infeksion xəstəliklərin yaranmasına səbəb olub:
“Şikayət etmədiyimiz ünvan, döymədiyimiz qapı qalmayıb. Amma heç kim bizim problemlərin həllində maraqlı deyil. Bir dəfə də oilsun gəlib bizimlə maraqlanmayıblar. Ona görə məcbur olub sizə müraciət etdik ki, bəlkə siz bizim problemlərimizin həllinə köməklik göstərəsiniz, səsimizi aidiyyəti şəxslərə çatdırasınız”.

ALDP sədri isə öz növbəsində sakinlərə demişdi ki, onların yaşadıqları şəraitlə yaxından tanış olmaq məqsədilə görüşlərinə gəlib:
“Mən partiyanın hüquqşünaslarına tapşıracam ki, sizinlə əlaqə saxlasınlar, hüquqi çərçivədə şikayətlərinizi müvafiq orqanlara çatdırsınlar və problemlərin həlli üçün lazımı tədbirlər görsünlər. Hesab edirəm ki, biz birlikdə sizin bu problemlərinizi həll edə bilərik”.

İlahə Cəfərli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür