“Hörümçək adam: Geriyə yol yoxdur” – BAŞ QƏHRƏMAN İFŞA OLUNDU

16:20 21-12-2021 | icon 675 | Film
“Hörümçək adam: Geriyə yol yoxdur” – BAŞ QƏHRƏMAN İFŞA OLUNDU

“Marvel”-in yeni “Hörümçək adam: Geriyə yol yoxdur” filmi, pərəstişkarlarının gözləntilərini artıqlaması ilə doğruldur  və tamaşaçıları kinoteatrlara cəlb edir.

 

TIME bildirir ki, Film hətta ən təcrübəli kinosevərləri belə sevindirə biləcək xüsusi effektlərlə doludur və “CinemaPlus”-un “Deniz Mall” kinoteatrında filmə 4DX formatında baxmaq imkanı təqdim etməsi, ona baxmaq həzzini qat-qat artırır. Tamaşaçılar filmin baş qəhrəmanı ilə birlikdə bütün sınaqlardan keçirlər, onun hiss etdiyi emosiyaları, qoxuları, istini və soyuğu, yağışı və qarı, ildırım çaxmasını belə real olaraq  müşahidə edirlər.  4DX zalı xüsusi ilə səs effektləri ilə seçilir.

 

Qeyd edək ki, film 12+ kateqoriyasına aiddir və Yeni il ərəfəsində yeniyetmələr və gənclər üçün gözəl hədiyyə ola bilər.

 

Yeni “Hörümçək-adam” yaradıcılarının verdiyi bütün vədləri yerinə yetirir. Piterin ictimaiyyət arasında ifşası onun həyatını tamamilə alt-üst edir, parlaq gələcək, nüfuzlu kollec, layiqli iş və təmiz reputasiya haqqında bütün xəyallarını məhv edir. Vəziyyəti düzəltməyə cəhd isə yalnız vəziyyəti daha da pisləşdirir, lakin “Hörümçək adam” bu vəziyyətdən də əlbəttə ki, çıxacaq.

 

“Hörümçək adam: Geriyə yol yoxdur”  – Piter Parker haqqında və onun üzləşdiyi çətin mənəvi dilemmalar haqqında tammetrajlı filmdir. Qəhrəman filmin bundan öncəki bütün versiyalarında buraxdıqları səhvlərə görə həyat dərsi alır və böyüyür. Bu Marvel filmi digərlərindən daha az komik və daha sentimentaldır, lakin buna baxmayaraq bənzərsizdir. Filmin əsas mənəvi çağırışı, “Hörümçək adam” filmlərinin əvvəlki versiyalarında olduğu kimi, ondan ibarətdir ki, qəhrəman olmaq asan deyil və düzgün atılan addımların yüksək bədəli var.

 

“Hörümçək adam: Geriyə yol yoxdur” sadəcə Marvel-in növbəti blokbasteri deyil, böyük ekranda “Hörümçək adamın” bütün iyirmi illik tarixinin kvintessensiyasıdır, baş qəhrəmana sevgi bəyannaməsidir.

 

Filmdə eyni zamanda zarafatyana şəkildə, fikir verməyə dəyən sosial mesajlar göndərilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər