“CinemaPlus”da ulduzlu “Qış nağılı”

12:37 22-12-2021 | icon 623 | Film
“CinemaPlus”da ulduzlu “Qış nağılı”

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 23 dekabr tarixindən “Cinemazadeh” studiyasının ərsəyə gətirdiyi əsl Yeni il bayramı əhvalında olan “Qış nağılı” komediya filmi nümayiş olunacaq.

 

Versus.Az xəbər verir ki, ekran işi Yeni il gecəsi eyni hoteldə baş verən bir neçə hekayədən bəhs edir.

 

Filmdə qəhrəmanlar hekayələr üzrə qruplaşdırılıb və hər hekayənin öz süjet xətti və baş qəhrəmanları var. “Qış nağılı”nı yaşayan və yaşadan aktyor heyəti aşağıdakı kimidir:

 

Murad Dadaşov, Əbdül Mahmud, Elməddin Cəfərov, Elcan Rəsulov, Oksana Rəsulova, Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Samirə Əfəndi, Kəmalə Piriyeva, İslam Mehrəliyev, Məcid Hüseynov, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev, Aqil M. Quliyev, Dilarə Kazımova, Günel Məmmədova, Ceyhun Zeynalov, Nöfəl Şahmaroğlu, Rövşən Məmmədli, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir, Şəlalə Şahvaladqızı, Asya Abdullayeva, Zemfira Sadıqova, Dəniz Axundzadə, İlkin Həsəni və Tural Əsədov.

 

Filmdə Türkiyənin ulduzları - məşhur müğənni Halil Sezai və aktrisa Müge Boz da rol alıblar.


“Qış nağılı”nın ideya müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəfər Axundzadədir. Ekran işinin ssenarisi Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə tərəfindən yazılıb.


Filmin ikinci rejissorları Vüsal Hacıqədir, Vüsal Əhmədzadə, quruluşçu operatorları Rauf Qurbanəliyev və Orxan Məmmədovdur. İcraçı prodüserlər Emil Davudzadə, İsmayıl Bağırov və Əlisəttar Quliyev, quruluşçu rəssam Zaur Abdullayev, bəstəkar Ruhin Məmmədov (Rino Rhodes), musiqi redaktoru Aynur Axundzadə, geyim üzrə rəssam Mehriban Əfəndi, qrim üzrə rəssəm Aytən Hüseynzadə, post-prodakşn Rüfət Kərimzadə, montaj rejissorları Rüfət Kərimzadə və Vüqar İslamzadə, səs rejissorları Azad Vəliyev və Orxan Ağalarovdur.

 

Filmin əsas musiqilərini Xalq artistləri -  Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənnilər Elnur Hüseynov, Dilarə Kazımova, Elvin Novruzov (L`veen) və Samirə Əfəndi səsləndiriblər.

 

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər