Media nümayəndələri üçün 4DX texnologiyasının təqdimatı olub

13:26 23-12-2021 | icon 740 | Film
Media nümayəndələri üçün 4DX texnologiyasının təqdimatı olub

“Dəniz Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında media üçün ən son 4DX texnologiyası ilə “Hörümçək adam: Geriyə yol yoxdur” filminin nümayişi keçirilib.

 

4DX texnologiyası ən yaxşı Hollivud filmlərinə baxmaq üçün yeni formatdır. Xarici effektlər zaldakı bütün tamaşaçılar üçün eyni təcrübəni təmin edir ki, bu da filmi tam hiss etmək imkanını artırır.

 

Personajların hərəkətləri olduqca inandırıcı alınır. Əvvəlcə kreslolar yan-yana hərəkət edirdi və qəhrəmanlar yerə yıxılanda tamaşaçılar böyürdən təkan hiss edirdilər. Format əsl uçuş hissini çatdırırdı.

 

Güclü hava axını, qoxular, kresloya quraşdırılmış dinamiklər, üzə yönəldilmiş hava dalğaları, vibrasiya və ya sıçrayan su kimi əlavə effektlər filmə nüfuz təcrübəsini daha da dərinləşdirir.

 

Jurnalistlər bu qərara gəldilər ki, 4DX formatında olan filmlər digərlərdən fərqlənir.

 

Filmin rejissoru Con Uottsdur.

Baş rollarda Tom Holland, Benedikt Camberbetç, Benedikt Vonq, Ceykob Batalon, Zendaya, Toni Revolori, Marisa Tomey, Ceymi Foks, Alfred Molina və Villem Dafo çəkilib.

 

Film haqqında qısa məlumat: Hörümçək adam filmində ilk dəfə dost qəhrəmanımız ifşa edildi. İndi super qəhrəmanlıqlar onun adi həyatından ayrılmaz hala gəldi. Doktor Strencdən kömək istədikdə isə vəziyyət yalnız gərginləşir. Piter Parker Hörümçək Adam olmağın əslində nə olduğunu anlamağa başlayır.

 

Xüsusi təşəkkürlər “Light in Black” kreativ şirkətinə, “Resant Group” 5* otellər və restoranlar şəbəkəsinə bildirilir.

 

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər