Baş məşqçi İtaliya klubunda hansı futbolçunu bəyənir?

15:48 29-12-2021 | icon 547 | İdman
Baş məşqçi İtaliya klubunda hansı futbolçunu bəyənir?

“Yeni il üçün ilk hədəfimiz UEFA Millətlər Liqası olacaq”.

 

Versus.Az xəbər verir ki, bunu futbol üzrə millimizin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibəsində deyib.

 

65 yaşlı mütəxəssis C Liqasının 3-cü qrupunda Slovakiya, Belarus və Qazaxıstan - Moldova cütünün qalibi ilə üz-üzə gələcəklərini xatırladıb: “Məqsəd qrupu ilk iki pillədə başa vurmaqdır. Biz bunu bacara bilərik”.

 

Müxtəlif vaxtlarda ölkəsində “Torino” komandasının sükanı arxasında olmuş italiyalı baş məşqçi “Bu klubun futbolçusuna Azərbaycan pasportu verə bilsəydiniz, kimi seçərdiniz” sualını da cavablandırıb:

 

“Sayları çox olardı. Amma mən Qleyson Bremeri deyirəm. O, sözsüz ki, məhsuldarlığı baxımından A Seriyasının ən yaxşı müdafiəçilərindən biridir. Əla zərbələri var, liderdir və qol vurmağı bacarır. Mükəmməl oyunçudur”.

 

Qeyd edək ki, 24 yaşlı Qleyson Bremer mərkəz müdafiəçisidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Xətai rayonunda evlər plana düşdü

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?