“Park Cinema”da iki tədbir bir arada

13:14 12-12-2018 | icon 604 | Şou-biznes
“Park Cinema”da iki tədbir bir arada

 

“Park Cinema”da iki tədbir bir arada: “Bamblbi” filminin premyerası və “Birkart Dolby Atmos” zalının açılışı baş tutdu.

 

Versus.Az-ın məlumatına görə, Amerika istehsalı olan “Bamblbi” filmi elmi-fantastik süjet əsasında qurulub.

 

Güclü zədəyə məruz qalmış avtobot Bamblbi düşmənlərdən gizlənərək, Kaliforniyadakı avtomobil zibilliklərindən birində sığınacaq tapır və yerli sakinlərdən olan gənc bir qız onu təsadüfən tapmasaydı, bəlkə də avtobotun həyatı başqa bir naməlum səmtdə qurulacaqdı.

 

Bizi ötən əsrin 80-ci illərinin sonuna kökləyəcək “Transformerlər” franşizanın növbəti hissəsi hər şeyin necə başlandığını nəql etdi. Böyük ekranlara çıxmaqdan öncə “Bamblbi” filminin “Metropark” Ticarət Mərkəzində yerləşən “Park Cinema” kinoteatrında qapalı nümayişi keçirildi. “Park Cinema” Kinoteatrlar Şəbəkəsi üçün bu qapalı nümayiş xüsusi önəm daşıyır. Çünki bu dəfə təkcə Trevis Naytın filmi deyil, eyni zamanda ən qabaqcıl səs texnologiyaları ilə təhciz edilmiş “Birkart Dolby Atmos” zalı təqdim olundu. Məqsəd, qabaqcıl texnologiyalardan istifadə etməklə, məzmunu tamaşaçılara ən yaxşı keyfiyyətdə təqdim etməkdir. Buna görə də görüntünü “hiss etmək” imkanını yaradan texnologiyalar çox vacibdir”. “Dolby”-nin Rusiya və MBD üzrə direktoru Aleksey Uqrinoviç isə deyir ki, - “biz Rusiya və MBD-də 150-ci olan Dolby Atmoslu yeni kinozalın Azərbaycanda açılmasından məmnunuq:

 

“Bu rəqəm müasir tamaşaçılar arasında keyfiyyətli məzmuna olan böyük və sürətlə artan tələbata sübutdur. Dolby Atmos texnologiyaları sayəsində kinoteatrlar öz tamaşaçılarına üçqat səsin möhtəşəm keyfiyyətini təklif edə bilərlər”.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür