Rus ordusu Qazaxıstana da quldurcasına girdi

21:07 07-01-2022 | icon 2395 | Köşə
Rus ordusu Qazaxıstana da quldurcasına girdi

Dəvət, xahiş, minnət sonranın formallıqlarına oxşayır

 SƏFƏR ALIŞARLI

 

Sevdiyimiz, böyük ümidlər bəslədiyimiz hörmətli lider Ərdoğan üç gün fikirləşəndən sonra prezident Tokayevi dəstəklədiyini bəyan etdi. Deməli, bizim dəqiq bilmədiyimiz şeylərdən biri də odur ki, rus ordusu Qazaxıstana da Qarabağa girdiyi kimi quldurcasına girib. Dəvət, xahiş, minnət sonranın formallıqlarına oxşayır.

 
 
 
Nazarbayevin harada, hansı vəziyyətdə olması bu təcavüzün əsas hissələrindən biridir. Çünki, deyilənlərə görə, ortada, yəni qocanın şəxsi büdcəsində 50 milyard dollar vəsait var. Rus onun və talayacağı neçə-neçə yüz əlli milyard dollarların peşindədir. Yaxşı, bu Nazardan soruşan gərək: Ay Abış kişinin oğlu, dünya görmüş müdrik adamsan, o boyda sərvət sənin nəyinə gərək idi? Xalqın boğazından çıxarıb urusamı yığırdın onu sən, a tifağı dağılmış? Sən başa düşmürdünmü ki, ailə sərvətinin çoxluğu sənin devrilmək ehtimalınla düz mütənasibdir? Bu sualı, məsələn, elə Raxmona da vermək lazımdır.
 
İndi gələk adi məntiqə.
 
 
Sənin ölkəni düşmən orduları günün-günorta çağı bütün dünyanın gözü qarşısında basır, sən buna don geyindirirsən: birini çıxarıb o birini geyindirirsən və buna deyirsən: siyasət! Özü də böyük siyasət. Ölkənin yadellilər tərəfindən işğalı onun birdəfəlik yox olmasından daha traqikdir. Çünki burada söhbət təkcə maddi dəyərlərin yağmalanmasından deyil, onunla bərabər irqi genetikanın və milli mədəniyyətin mənimsənilməsindən və assimiliyasiyasından gedir. Mədəniyyət yaratmayan xalq bu dünyaya niyə gəlir? İki yüz il qazax xalqı ilə bərabər rusun nökəri olmuşuq. Nə bir dənə əsgərimiz, nə bir dənə tüfəngimiz, nə də raykomdan başqa bir milli güvənc yerimiz olub. Dinimiz də yüzilliklər boyu kafir düşmənə xidmət edib.30 ildə əldə etdiyimizi 300 illik rus ağalığı dövründə qazana bilməzdik. Rus buna dözmür, bizdən açıq-aşkar əl çəkmək istəmir. Çünki bizsiz, tək özü heç nəyə yaramır.
 
 
Nə etməli? Bilmirəm. Deyir, ağıllı fikirləşincə dəli vurub çayı keçər. İndi ola bilər ki, çay dəlini aparsın. Çay aparmasa da, sahildə onu külək aparacaq, ya da qurd-quş basıb yeyəcək - burası dəqiqdir. Çayda xilas şansı var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Türk dünyasının deputatları Xankəndidə

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi