Bu dəfə şagirdlər müəllimi döyüb?
Bakı şəhəri 17 nömrəli tam orta məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi barədə iddialar yayılıb.
Versus.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Bakı şəhəri 17 nömrəli tam orta məktəbdən isə bildirilib ki, məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar əsassızdır:
“Ümumiyyətlə 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir. Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır”. /oxu.az/
Versus.Az
Xəbər lenti
Direktor müavininin meyit basdırdığı ərazidən GÖRÜNTÜLƏR
O, Mərdəkandakı evinə ara-sıra gəlib-gedirmiş