Həm Şuşaya, həm də Ağdama gedə biləcəyik

14:48 19-01-2022 | icon 633 | Gündəm
Həm Şuşaya, həm də Ağdama gedə biləcəyik

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işğaldan azad edilmiş ərazilərə təşkil ediləcək müntəzəm avtobus səfərlərindən vətəndaşların ildə bir dəfə istifadə edə biləcəyi məsələsinə aydınlıq gətirib.

 

Nazirlikdən Versus.az-a verilən məlumatda bildirilib ki, ilk mərhələdə işğaldan azad olunmuş ərazilərə getmək istəyənlərin sayının və tələbatın çox olacağı gözlənildiyindən vətandaşlara hər istiqamət üzrə bir dəfə, yəni bir dəfə Şuşaya, bir dəfə Ağdama səfər etmək imkanı yaradılır:

 

"Burada məqsəd bütün vətandaşlar üçün bərabər və ədalətli şəraitin yaradılmasıdır. Real tələbat pik həddini keçdikdən və müvafiq qiymətləndirilmələr aparıldıqdan sonra bu məhdudiyyətlər dərhal aradan qaldırılacaq".

 

Qeyd edək ki, 24 yanvar tarixindən etibarən Bakı-Şuşa və Bakı-Ağdam istiqamətində müntəzəm avtobus marşrutları istifadəyə veriləcək. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək.

 

Həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq.İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri “Yolumuz Qarabağa” portalından əldə etmək olacaq. Vətəndaşlar portala daxil olduqdan sonra "ASAN login" vasitəsilə bilet ala biləcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK

Bəzi tikinti materialları BAHALAŞACAQ