Türkiyə Rusiya-Ukrayna məsələsində vasitəçilik edəcək?

17:28 19-01-2022 | icon 578 | Geopolitika
Türkiyə Rusiya-Ukrayna məsələsində vasitəçilik edəcək?

Nəhayət, regionda baş verən gərginlik Rusiya tərəfini məcbur etdi ki, Ukrayna məsələsində Türkiyənin vasitəçilik təklifini qəbul etsin. Əlbəttə ki, Rusiya beynəlxalq nüfuzunu nəzərə alaraq birbaşa Türkiyənin adını hallandırmasa da, dolaysı ilə eyham vurdu. 

 

 
 
Bu barədə Versus.az-a Beynəlxalq münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzi”nin rəhbəri politoloq Samir Hümbətov bildirib.
 
 
 
Politoloq qeyd edib ki, yalnız Türkiyə tərəfi Rusiya və Ukrayna arasında vasitəçilik missiyasını öz üzərinə götürməyə razılıq verib. Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva-Kiyev danışıqlarının Türkiyədə keçirilməsini təklif etmişdi.
 
 
 
"Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskini problemləri həll etmək üçün Türkiyədə toplantı keçirməyə dəvət edib. Ərdoğanın vasitəçilik təklifinə münasibət bildirən Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, biz istənilən ölkənin Ukrayna məsələsini həll etmək istiqamətindəki səylərini alqışlayırıq.  Peskov bu açıqlamanı Rusiyanın TASS xəbər agentliyinə münasibət bildirərkən söyləyib".
 
 
S.Hümbətov bildirib ki, maraqlı olan məqam ondan ibarətdir ki, Türkiyə tərəfi bundan öncə də Rusiya və Ukrayna arasında vasitəçilik təklifi edib, Rusiya tərəfi də buna qəti etiraz etməyib.
 
"Son proseslər göstərdi ki, indiki halda Rusiya üçün ən uyğun variant Türkiyənin vasitəçilik missiyası ola bilər".
 
 
Politoloq burada diqqəti çəkən digər önəmli məsələlərdən biri kimi Azərbaycan prezidenti İlham Əliyevin Kiyevə səfəri və bu səfər çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşləri qeyd edib.
Eyni zamanda digər maraqlı məqam Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan prezidenti ilə danışdıqdan sonra Rusiya prezidenti ilə də danışacağını və Ukrayna məsələsini müzakirə edəcəyini bildirməsidir.
 
 
"Buradan da belə nəticəyə gəlmək olar ki, ölkə başçısı cənab İlham Əliyevin Ukrayna səfəri zamanı Rusiya-Ukrayna münaqişəsi tərəflər arasında bağlı qapılar arxasında müzakirə edilən mövzular sırasında ola bilər.
Burada bir maraqlı sual da ortaya çıxa bilər: nə üçün Rusiya Türkiyənin bu təklifini qəbul etdi.  Və Türkiyə qarşılığında Rusiyadan nə istəyə bilər. Əlbəttə ki, Qərbin artan təzyiqi qarşısında Rusiyanın hansısa başqa seçim şansları mümkünsüz görünür və vəziyyətin nisbətən də olsa normallması üşün ən obtimal variant kimi hələki bu görünür".
 
 
Türkiyənin hansı tələb irəli sürəcəyinə gəlincə, politoloq burada bir neçə məsələnin üzərində dayanıb. 
 
 
"Türkiyə Qarabağ məsələsinin yekun həlli ilə bağlı səy göstərə bilər. Eləcə də, Qazaxıstan məsələsində hökumət üzərində basqının azadılmasını və Türkdilli Dövlətlər Təşkilatının fəaliyyətini azaldacaq fəaliyyətlərdən çəkinməsini, Suriya və Liviya məsələsində Türkiyənin maraqlarına zidd hərəkətlərə çox yol verməməsini, Aralıq dənizi məsələsində Türkiyənin mövqeyinə xələl gətirməməsini və s.
Görünən odur ki, rəsmi Ankara bu fürsətdən yetərincə faydalanmağa çalışacaq ki, bu da Türkiyənin regional deyil, hətta qlobal güc olması yolunda əsas vasitələrdən biri hesab edilə bilər".
 
 
 
Ləman 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

ƏDV qəbzləri ÖLÜM SAÇIR