Sülh müqaviləsi olmadan sərhədlər necə müəyyənləşəcək?.

16:34 21-01-2022 | icon 658 | Geopolitika
Sülh müqaviləsi olmadan sərhədlər necə müəyyənləşəcək?.

Turan Rzayev: "Ermənistan bunu istəmir"

 

Xəbər veruldiyi kimi, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib ki, Ermənistan Azərbaycanla dövlət sərhədinin demarkasiyası işlərinə şərt irəli sürmədən başlamağa hazırdır.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə Rusiya diplomatiyasının 2021-ci il üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiya mümkün qədər tez formalaşdırılmalı və fəaliyyətə başlamalıdır və prosesdə rəsmi Bakı və İrəvana konsultativ yardım göstərməyə hazırıq.

 

Sülh müqaviləsi olmadan sərhədlərin müəyyənləşməsinə tələsən Rusiya və maşası Ermənistan nəyə ümid edir?

 

Politoloq Turan Rzayev Versus.az-a şərhində bildirib ki,  Kreml və İrəvanın delimitasiya və demarkasiya prosesini həll etməkdə bu qədər tələsməsi təsadüfi deyil. O, bildirib ki, hər iki tərəfin ifadəsində müəyyən tələskənlik və prosesi "oldu-bitdi” şəklində həll etmək məqsədi hiss olunur. Politoloq hesab edir ki, Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsi imzalanmadan, yəni  “Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı təqdirdə sərhədlərin delimitasiya və demarkasiyası necə baş tuta bilər”-sualı açıq qalır.

 

T.Rzayeb bildirib ki, delimitasiya və demorkasiya prosesindən əvvəl yekun sülh müqaviləsinin bağlanması ona görə vacibdir ki, orda əks olunacaq bəndlərdən biri məhz rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması olacaq:

 

“Prinsip etibarilə Unanyan Ermənistan "Azərbaycanla dövlət sərhədinin demarkasiyası işlərinə "şərt” irəli sürmədən başlamağa hazırdır” deyərkən rəsmi Bakının qarşılıqlı ərazi bütövlüyü tanıma şərtini nəzərdə tutur. Başqa cür desək, Unanyan deyir ki, gəlin, sərhədlərin demarkasiya və delimitasiya işlərini başa vuraq, ərazi bütövlüyünü sonra...

Erməni tərəfi anlayır ki, sərhədlərinin delimitasiya və demarkasiyası üzrə yekun sənəd imzalansa da, bu texniki bir sənəd olacaq. Lakin Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsi siyasi sənəd olacaq. Buna görə də rəsmi İrəvan delimitasiya və demarkasiya prosesini yekun sülh müqaviləsindən öncə ilkin şərt olmadan həll etmək istəyir”.

 

O ki qaldı, Kremlin prosesdə tələsməsinə, politoloq bunun rəsmi Moskvanın regiona əlavə qüvvə gətirmək istəyi ilə əlaqədar olduğunu bildirib:

 

“Misal üçün, Lavrov qeyd edir ki, Bakı və İrəvana konsultativ yardım göstərməyə hazırıq. Lakin söhbətin hansı konstruktiv addımdan getdini demir. Çox güman ki, Kreml Ermənistan - Azərbaycan sərhədinə hərbi qüvvələr yerləşdirərək həm sərhədlərin delimitasiya və demarkasiya prosesini həll edə, həm də bu yolla gələcəkdə ehtimal olunan gərginliyin qarşısını almaq bəhanəsi ilə regionda qala bilər. Bu prosesin Ermənistan ilə Azərbaycan arasında yekun sülh müaviləsindən öncə baş verməsi isə ona görə vacibdir ki, Kreml həm Qarabağda sülhməramlılarını saxlamaq həm də Ermənistan-Azərbaycan sərhədin də öz sərhədçilərini yerləşdirmək istəyir. Tərəflərdən biri gələcəkdə Rusiya hərbiçilərinin sərhəddən çəkilməsini istədikdə isə Kreml ya Ermənistan Azərbaycan sərhəddində gərginliyi artıracaq, ya da Qarabağda!”

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər