Türkiyəli aktyorlar Bakıda

17:02 22-01-2022 | icon 623 | Film
Türkiyəli aktyorlar Bakıda

“Benden ne olur?” filminin Qala-gecəsində...

 

Türkiyənin tanınmış simaları "ParkCinema"da Türkiyənin "Ay Yapım" film şirkətinin ərsəyə gətirdiyi “Benden ne olur?” filminin premyerasında iştirak etdilər.

 

Versus.Az xəbər verir ki, filmin yaradıcı heyətindən Hazal Kaya, Selin Şekerci, Leyla Atay, Enis Arıkan və filmin ssenari müəllifi Aslı Kızmaz yerli media nümayəndələri ilə görüşərək, onların suallarını cavablandırıblar.

 

Hazal Kaya pandemiya vəziyyətində filmin çəkilişləri barədə danışıb:

 

"İki dəfə COVID-19-a yoluxdum. Çətin idi, amma buna baxmayaraq biz çəkilişlərimizi etdik. Bütün çəkiliş qrupu üçün işə qayıtmaq çox sevindirici idi. Layihədə iştirak hamımıza çoxlu xoşbəxt anlar yaşatdı. Çox həyəcanlıyıq, ümid edirəm, azərbaycanlı tamaşaçılar da filmimizi bəyənəcəklər".

 

Hazal Kayanın dediyi kimi, aktyorlar Bakıya yalnız cümə günü səhər gəldiyi üçün şəhərdə geniş gəzintiyə çıxmağa vaxt tapmayıblar. Hazal Kaya aktyor Ali Atay ilə evlidir və onların Fikrət Əli Atay adında bir oğlu var. Aktrisanın dediyinə görə, o, əvvəlcə övladı ilə Bakıya gəlməyi planlaşdırıb:

 

"Oğlumu Bakıya gətirmək istəyirdim, amma burada çox olmayacağımız üçün fikrimi dəyişdim - onun adi iş rejimini pozmaq istəmədim".

 

Enis Arıkanın Bakıya ilk səfəri olduğu üçün o, bakılı azarkeşlərin göstərdiyi diqqətdən çox məmnundur:

 

"Bu gün bir gənc qız bizə əl işi olan biərziklər hədiyyə etdi. Biz Bakını bir qədər gəzdik, amma Azərbaycan mətbəxinin sadəcə misilsiz yeməklərindən dadmağı bacardıq. Ən çox xingalı bəyəndim, bu yeməkdən çox məmnunuq".

 

Müsahibə zamanı maraqlı bir fakt üzə çıxdı - aktrisa Selin Şəkərcinin ana tərəfdən azərbaycanlı kökləri var. Aktrisanın özü isə Azərbaycan dilini yaxşı başa düşür və danışır.

 

Filmin ssenari həmmüəllifi Aslı Kızmaz film üzərində işləməkdən danışıb, film layihəsində baş rolları yaxın dostlarının canlandırdığını, onlarla işləməkdən böyük zövq aldığını qeyd edib.

 

Jurnalistlər filmdə baş rollardan birini canlandıran məşhur türk aktyoru Onur Tunanın niyə Bakıya gəlməməsinin səbəbi ilə maraqlandılar. Aslı Qızmaz Tunanın hazırda serial çəkilişləri ilə məşğul olduğunu, iş qrafikinin sıx olmasını bildirdi. Bu səbəbdən də Onur Bakıya gələ bilmədi.

 

Qeyd edək ki, "Benden Ne Olur?" filmində yüngül və bir qədər də ironik tərzdə həyatda öz yolunu axtaran, arzu və hədəflərinə doğru irəliləyən gənc qadının hekayəsindən bəhs olunur.

 

Filmin rejissoru Murat Şenoydur. Filmdə baş rolu türkiyəli ulduz Hazal Kaya canlandırıb.

 

Filmdə həmçinin Onur Tuna, Nur Fettahoğlu, Selin Şekerci, Elçin Afacan, Enis Arıkan və başqaları çəkilib.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

"Bu, müharibə ehtimallarını da azaldır"

Kəlbəcərdə ağır QƏZA

Şəkər istehlakı xərçəngə yol açır?