"Alen Simonyan elə Ermənistanın 5-ci prezidenti olacaq"

10:12 25-01-2022 | icon 561 | Geopolitika
"Alen Simonyan elə Ermənistanın 5-ci prezidenti olacaq"

 

 

“Onun Böyük Britaniyada, Vatikanda, ABŞ-da və xüsusilə də ərəb dünyasında çox geniş əlaqələri vardır. O, tez-tez BƏƏ-yə rəsmi səfərlərə gedirdi. Düzdür, onun orada şəxsi biznesi var, lakin eyni zamanda, BƏƏ-nin şeyxi ilə kifayət qədər möhkəm münasibəti mövcuddur.

Onu Serjik Sarkisyan təyin etmişdi. Generalların qiyamı zamanı xüsusi canfəşanlığı sayəsində 1-ci posta öz iddiasını ortaya qoymaqla yanaşı, xalq arasında reytinqə işləyən bəzi addımlar atdı”.

 

 

 

Bunu Versus.az-a politoloq İlyas Hüseynov Ermənistan prezidenti Armen Sarkisyanın istefası ilə bağlı şərhində bildirib.

 

Politoloq bildirib ki, Armen Sarkisyan erməni siyasətçilər arasında ən ağıllı, nüfuzlu və təhlükəli siyasətçidir.

Onun fikrincə, A.Sarkisyanı istefaya iki səbəb vadar edə bilər:

 

"Birincisi, ola bilər ki, Fransaya meyilli komanda Britaniyaya bağlılığı ilə seçilən təmsilçisini uzaqlaşdırmaq qərarına gəlib; Yaxud, Armen Sarkisyan xarici dostlarından dəstək alıb, indi Nikol Paşinyanın yerinə iddialı olacaq". 

 

Politoloq bildirib ki,  Ermənistan Respublikasının Konstitusiyasına əsasən, yeni prezident seçilənə qədər prezidentin səlahiyyətlərini Ermənistan Milli Assambleyasının sədri - Alen Simonyan həyata keçirəcək. Yunanıstanda istirahətləri ilə məşhurlaşan Simoyanın Ermənistanın prezidenti postunda oturması Paşinyanın maraqları daxilindədir. Düşünürəm ki, böyük ehtimalla Simonyan elə Ermənistanın 5-ci prezidenti olacaq.

 

Politoloq zəruri hadisələr zəncirini qeyd edərək, bir sıra məqamlara diqqət çəkib.

 

“A.Sarkisyan BƏƏ-yə uçur, qayıdır, müalicə üçün məzuniyyətə gedir. Eyni zamanda, Alen Simonyan ABŞ-a səfər edir və Amerikadan qayıtdıqdan sonra prezident istefa verir. Ermənistanın Konstitusiyasına uyğun olaraq növbədənkənar prezident seçkiləri fevralın ortalarında keçirilməlidir.  Yeni prezidentin seçilməsi istefa verdiyi gündən 25 gündən tez və 35 gündən gec olmayaraq keçirilə bilər. Bütün deputatlar namizəd irəli sürə bilər, yəni Köçəryançılar və Sarkisyançılar da cəhd edə bilərlər... Yeni prezidenti seçmək üçün minimum 80 səs lazımdır. N.Paşinyanın parlamentdə 79 yeri var. Sual yaranır: parlamentdəki “Qarabağ klanı” arasında “paşinyançı” kim olacaq?  Əgər seçkilərin birinci turunda yeni prezidentin adı məlum olmasa, ikinci turda deputatların 65 səsi kifayət edəcək. Onda N.Paşinyan böyük ehtimalla öz marionet namizədini prezident kürsüsünə oturdacaq”.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər