Milyarderin səkkiz yaşlı oğlunun cəsədi tapıldı

10:02 31-01-2022 | icon 315 | Dünya
Milyarderin səkkiz yaşlı oğlunun cəsədi tapıldı

Milyarder Stanislav Loqunovun Leninqrad vilayətində gəzinti zamanı buzun qırılması nəticəsində Neva çayına düşən səkkiz yaşlı oğlunun meyiti tapılıb.

 

Bu barədə rayonun fövqəladə xilasetmə xidməti məlumat yayıb.

 

Uşağın meyiti bir həftə sonra faciə baş verən yerdən 70-80 metr aralıda tapılıb.

 

O, sahilə çıxarılaraq polisə təhvil verilib.

 

Xatırladaq ki, hadisə yanvarın 24-də uşaq əkiz qardaşı və bibisi ilə Sankt-Peterburq şəhəri ətrafındakı Novosaratovka kəndi yaxınlığında Neva sahilində gəzərkən baş verib. Qadın qardaşı oğlunun arxasınca qaçıb suya düşsə də, kabeldən yapışaraq sahilə çıxıb.

 

Qeyd edək ki, Stanislav Loqunov mühəndis şəbəkələri layihələndirilməsi ilə məşğul olan “MeqaMeyd” şirkətinin yaradıcısı və sahibidir. 49 yaşlı iş adamı həm də çoxsaylı kitabların müəllifi və biznes təlimçisidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Kəlbəcərdə ağır QƏZA

"Bu, müharibə ehtimallarını da azaldır"

Şəkər istehlakı xərçəngə yol açır?