Azərbaycan komandosu necə yetişdirilir?

10:32 31-01-2022 | icon 556 | Gündəm
Azərbaycan komandosu necə yetişdirilir?

Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun tərkibində yeni bölmələr yaradılır. Bunlardan biri Komando bölmələridir.

 

Versus.Az xəbər verir ki, bu bölmələr yeni olsa da, ordumuzun görən gözü, döyünən ürəyinə çevrilir.

 

Onlar dağ şəraitində ən çətin döyüşlər üçün yetişdirilir. Komando olmaq istəyənlər 10 həftəlik ağır təlimdən keçirlər.Bu müddət ərzində onlar ən çətin şərtlərdə döyüşlər üçün hazırlanır.


Təlimlərin saatı və məkanı yoxdur. Komandolar baş verə biləcək bütün situasiyalara hazır olmalıdırlar.

 

Komando namizədləri hər gün gərgin fiziki məşqlərdən keçirlər. Amma kursu bitirmək üçün yalnız fiziki hazırlıq kifayət etmir.

 

Təlimlər ölkəmizin mürəkkəb relyefə malik ərazilərində baş tutur.Vətən müharibəsində xüsusi şücaət göstərən və xarici ölkələrdə müxtəlif kurslar keçən hərbçilərimiz burada öz biliklərini gənclərə öyrədirlər. Azərbaycan komandosunu adını tarixə şanlı zəfərlə yazan ordunun qəhrəmanları yetişdirir.

 

Komando təlimlərini bitirən şəxsi heyətdən sonda imtahan götürülür. Ən yüksək nəticə göstərənlər və davam etmək istəyənlər əlavə təlimlərə cəlb olunurlar. Sonrakı təlimlərdə onlar paraşüt, dalğıc, xizək, yaşayış məntəqələrində döyüş və digər kurslardan keçirlər.//xezerxeber

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

Tanınmış yazar MHB-yə üzv oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ