Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edildi

14:06 01-02-2022 | icon 501 | Gündəm
Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edildi

Azərbaycanla Serbiya arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbi aradan qaldırılır.

 

Versus.Az xəbər verir ki, bununla bağlı sənəd Milli Məclisin iclasında səsverməyə çıxarılaraq qəbul edilib.

 

Sənəd “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Saziş adlanır.

 

Sənədə əsasən, hər bir tərəfin dövlətinin ümumvətəndaş pasportlarına malik olan vətəndaşları digər tərəfin dövlətinin ərazisinə daxil olmaq, oradan çıxmaq və ya tranzit keçmək və oraya ilk daxil olduğu tarixdən etibarən 180 günlük müddət ərzində 90 gündən artıq olmayaraq orada qalmaq üçün viza tələbindən azad edilir.

 

Hazırkı saziş qeyri-müəyyən müddətə bağlanılır. Sazişin qüvvəyə minməsi üçün zəruri olan bütün dövlətdaxili prosedurların tamamlanması barədə sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsi ilə alındığı tarixdən 30 gün sonra qüvvəyə minir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ