Təhsil ekspertindən ŞOK

16:27 07-02-2022 | icon 505 | Təhsil
Təhsil ekspertindən ŞOK

“Təhsil nazirliyi özünün İctimai Şurasına Toliki də üzv təyin etməli idi”

 

Son bir neçə gündə təhsil eksperti Kamran Əsədovun Tolikin şou verilişində iştirak etməsi sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. Belə ki, “Tolik nə zamandan sosial mövzuları müzakirə edir?”, “Təhsil ekspertinin Tolikin verilişində nə işi var?” və daha ağır ittihamlar səsləndirildi.

 

Təhsil eksperti Kamran Əsədov açıqlamasında həmin verilişdə iştirak etmədiyini, onun adının yalnız verilişin anonsunda çəkildiyini və bunu isə sosial şəbəkədə edilən qınağa görə deyil, digər səbəblərdən olduğunu bildirdi:

 

“İlk növbədə qeyd edim ki, insanların təhsildən ötrü narahat olmaları çox yaxşıdır. Amma bəzən bu şərh yazmaq xətrinə olur. Şərh yazanlardan soruşsan ki, nə vaxt “Azərbaycan müəllimi”, “Azərbaycan Məktəbi” qəzetini oxumusan bir müsbət cavab almaq mümkün olmayacaq. Bu gün təhsildə ciddi, özü də lap çox ciddi problemlər var. Kimlərsə bunu oturub kabinetdə, çay içərək müzakirə etməməlidir. Bəli, insanlar Tolikin təhsili müzakirə etməsinə narazılıq etdilər. Sanki Tolik Təhsil Naziri təyin edilib. Tolik sadəcə olaraq verlişində son günlər hadisələrə görə mövzu olaraq təhsili müzakirə edir. Və aparıcı kimi suallarını verəcəkdi. Guya bu insanlar küçədə Toliki görəndə şəkil çəkdirmək üçün növbəyə dayanmırlar? Mən heç vaxt Toliki görməmişəm, ünsiyyətim də olmayıb. Amma onun kifayət qədər izləyici auditoriyası olan verlişində təhsil ilə bağlı mövzu qoyması narahatlıq doğurmamalıdır. Aparıcının fərqi nədir?

 

Bəlkə Tolik verliş zamanı elə bir fikir bildirəcək ki, həqiqətən faydalı olacaq? Məncə Təhsil nazirliyi özünün İctimai Şurasına Toliki də üzv təyin etməli idi. O mövcud problemləri, hansısa auditoriyaya çatdıra bilər. Düşünürəm ki, biz təhsili müzakirə etməkdən çəkinməməliyik. Bəli, mən verilişə getmədim. Bu ictimai narazılığa görə deyildi. Sadəcə olaraq həmin saatlar mənim dərs vaxtımla toqquşurdu. Əminliklə deyim ki, təhsil ilə bağlı hər gün onlarla televiziyada etdiyimiz müzakirələri insanların çox az hissəsi izləyir. Biz məcburuq ki, məşhur ki, reytinqi olan platformalardan istifadə edərək insanlara, daha çox kütləyə nəyisə çatdıraq. Mövcud vəziyyət ürək açan deyil”. /Medianews.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır

Artıq telefon danışığı zamanı emoji göndərmək mümkündür

Məzahir Pənahovdan erkən seçki ANONSU

Bu da Roza Zərgərlinin “Son”u

Gömrük idarəsində ƏMƏLİYYAT

“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə YARADILDI