Xalq artisti ŞİKAYƏTLƏNDİ

16:32 09-02-2022 | icon 355 | Mədəniyyət
Xalq artisti ŞİKAYƏTLƏNDİ

Rasim Balayev: “İndiki seriallar çox səviyyəsizdir”

 

Azərbaycanda kino sahəsi əksər ölkələrlə müqayisədə xeyli geridə qalır. Dövlət tərəfindən bu sahəyə diqqət göstərilməsinə baxmayaraq, kinomuz hələ də əvvəlki şöhrətini özünə qaytara bilməyib. Doğrudur, son dövrlərdə müxtəlif serial və filmlərin çəkilməsinin şahidi oluruq, lakin keyfiyyət və məzmun baxımında bu ekran işləri o qədər də böyük izləyici kütləsi toplaya bilmir, əksər hallarda tənqidlərə tuş gəlir.

 

Buna səbəb nədir? Niyə kino sahəsi inkişafdan geri qalır?

 

Azərbaycanın Xalq artisti Rasim Balayev mövzu barədə bildirib ki, kino ilə əlaqəsi olmayan şəxslərin bu sahəyə gəlişi qəbuledilməzdir.

 

Onun sözlərinə görə, ilk növbədə problemlərin kökündə kino sahəsindəki təsadüfi adamlar dayanır:

 

“Ölkədə tək-tük rejissor var. Sovet dövründə pis, yaxşı bir estafet vardı, sonra SSRİ dağılandan sonra ora da sıradan çıxdı, talandı. Bizə yer verirdilər kino çəkmək üçün, gənclər bu sahə üzrə Moskvada dərs alırdılar, sovet dönəmindən sonra bu zəncir qırıldı. Hazırda seriallar çəkirlər ki, çox səviyyəsizdir, bunu deyəndə acıqlarına gedir, ancaq olanı deyirəm. Kino ilə əlaqəsi olmayanlar kino çəkir, ssenari yazır. Elə bilirlər ki, kinonun öhdəsindən hamı gələ bilər, ancaq illərin təcrübəsinə dayanıb deyirəm ki, belə bir şey mümkün deyil, hər adam kino ilə başa çıxa bilməz. Əvvəllər Nazirlik səviyyəsində kino komitəsi var idi, sonra Mədəniyyət Nazirliyinin tərkibində bunu kiçik bir şöbəyə çevirdilər”.

 

Sevilən aktyor xatırladıb ki, vaxtilə kinostudioda 1200 nəfər çalışırdısa, indi bu say 10-15 nəfərə enib:

 

“Səviyyə, fərq bu saydan bilinir. O vaxtı yaxşı dublajlar edirdik, 4 film böyük ekran üçün, 4 film isə mərkəzi televiziyanın sifarişi ilə çəkirdik, indi belə şeylər yoxdur. 1990-cı ildən sonra 6 il Azərbaycan kinosu maliyyələşdirilmədi. Bayaq dediyim kimi, qırılan zənciri tapa bilmirik. O vaxtı yaxşı ssenari yazanlardan biri sağ qalıb, o da Ramiz Fətəliyevdir. Hazırda onun ssenari yazıb-yazmadığından xəbərim yoxdur. Kinonun normal vəziyyətə gəlməsi üçün illərimizi vermişik, indi onu bərpa etmək üçün təcrübəli kadrların hazırlanmasına illər sərf edilməlidir. O vaxtı gənc nəslə başqa cür yanaşılırdı, fərd kimi onlara, gördükləri işə qiymət verilirdi, bu gün isə bunlar yoxdur. Kinonun acınacaqlı vəziyyətdə olmasının səbəbi çoxdur. Savadlı, təcrübəli 5-10 nəfər gənci bir yerə toplayıb demirlər ki, ay bala, nə təklifiniz var, nə etmək istiyirsiniz. Kinoya bir eşq, bağlılıq var idi, gənclər az maaş alsalar da, həvəslə işləyirdilər. İndi bunlardan əsər-əlamət yoxdur”. /modern.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Kəlbəcərdə ağır QƏZA

"Bu, müharibə ehtimallarını da azaldır"

Şəkər istehlakı xərçəngə yol açır?