“Simpsonlar”ın daha bir “təxmini”

09:36 11-02-2022 | icon 469 | Film
“Simpsonlar”ın daha bir “təxmini”

“Metaverse” ideyasını Zukerberq cizgi filmindən oğurlayıb?

 

Koronavirus, Trampın prezidentliyi, Kamala Harrisin seçilməsi, Kolumb heykəlinin başının kəsilməsi, ağıllı saatlar, ebola virusu, 11 sentyabr hadisələri kimi bir çox hadisəni illər əvvəl “təxmin etməsi” ilə diqqətçəkən “Simpsonlar” cizgifilmi növbəti dəfə dünyanın gündəminə gəlib.

 

Koronavirus pandemiyasının 2022-ci ildə sona çatacağını “proqnoz”laşdıran cizgifilm bu dəfə “metaverse”lə bağlı səhnələri ilə hər kəsi heyrətə gətirib.

 

Belə ki, cizgifilminin 23-cü mövsümündə (2011-ci il) yayımlanan “Holidays of Futre Passed” adlı bölümdə “metaverse” təxmin edilib.

 

Bölümdə ilk dəfə Liza Simpsonun “ultra net”ə daxil olduğu göstərilir. Burada insanların virtual reallıq dünyasına olduqca bənzər səhnələrdə maraqlı bir onlayn dünyaya qədəm basırlar.

 

Sosial şəbəkədə istifadəçilərdən birinin “Simpsonlar” 2011-ci ildə “metaverse” təxmini” şəklində paylaşımı tezliklə bütün dünyaya rezonans doğurub. Tezliklə bir çox istifadəçi görüntüləri təhlil edərək sözügedən istifadəçinin fikrinə dəstək verib.

 

Həmçinin “Simpsonlar “metaverse”i təxmin edib, yoxsa Mark Zukerberq bu fikri cizgifilmindən götürüb?” müzakirələri də gündəmə gəlib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”

Həftəsonu qitənin yaşıl meydanlarında FUTBOL HƏYƏCANI