SOCAR-da yeni TƏYİNAT

11:59 11-02-2022 | icon 582 | İqtisadiyyat
SOCAR-da yeni TƏYİNAT

Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini vəzifəsini icra edən İbrahim Əhmədov SOCAR-da yüksək vəzifəyə təyin olunub.

 

Versus.Az xəbər verir ki, İ.Əhmədov SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsinə təyin olunub.

 

“Bildiyiniz kimi, daha əvvəl mən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini vəzifəsində çalışırdım. Şirkətimizdə aparılan struktur dəyişiklikləri çərçivəsində SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsinə təyin olundum. İşim SOCAR Qrupunun korporativ kommunikasiya fəaliyyətlərinə nəzarət, təşkili və koordinasiyası ilə bağlıdır. Eyni zamanda, mətbuat katibi funksiyasını da icra edəcəyəm. Əvvəl olduğu kimi, bundan sonra da bütün mətbuat sorğuları üçün açığam və hamısını operativ şəkildə cavablandırmağa çalışacağam.

SOCAR-ın kommunikasiyasını effektli şəkildə təşkil edib, Azərbaycanın qlobal brendini ölkə və dünya ictimaiyyəti qarşısında təmsil etməklə, iqtisadiyyatımızın dayağı olan Dövlət Neft Şirkətinin işgüzar nüfuzunun möhkəmlənməsinə və bu minvalla öz kommersiya hədəflərinə çatmasına töhfə verməyə çalışacağam.

Son illərdə “Biz Neftçiyik” şüarını yaymaqla, dövlətimizin inkişafı və xalqımızın rifahı üçün gecə-gündüz dənizdə və quruda çalışan əli qabarlı Azərbaycan neftçilərinin sözçüsü oldum. İndi göstərilən etimada görə şirkətin rəhbərliyinə və mənə daim mənəvi dayaq olan əziz neftçi həmkarlarıma təşəkkürümü bildirirəm. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin başladığı SOCAR-ın yeni inkişaf dövründə şirkətin əməliyyat effektivliyinin artırılmasına öz kiçik töhfəmi verməyə ümidliyəm. Bunun üçün SOCAR-ın Müşahidə Şurasının nəzarəti və rəhbər heyətinin rəhbərliyi altında var gücümlə işləyəcəyəm. Şərəfli peşənin nümayəndələri olan Azərbaycan neftçilərinə layiq bir mətbuat katibi olmağa çalışacağam”, - deyə o bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ