Nazirlikdən mühüm QƏRAR

15:26 11-02-2022 | icon 553 | İdman
Nazirlikdən mühüm QƏRAR

Gənclər və İdman Nazirliyi bundan sonra ölkədə keçirilən daxili idman yarışlarını canlı yayımlayacaq.

 

Versus.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev bildirib.

 

“Artıq bu gün saat 18:00-dan etibarən ilk belə işimizə başlayacağıq. Qadın voleybolu üzrə ölkə çempionatının VI turu çərçivəsində “Azərreyl” – “UNEC” qarşılaşması rəsmi “Facebook”, “Instagram” səhifələrimizdə və “YouTube” kanalımızda canlı yayımlanacaq. Bundan sonra da televiziya ilə göstərilməyən digər idman növləri üzrə Azərbaycan çempionatlarının canlı yayımlanmasını təşkil etməyi planlaşdırırıq”.

 

O bildirib ki, oyunlar 3 kamera vasitəsilə çəkiləcək:

 

“Yayım peşəkar şəkildə qurulacaq, rejissor olacaq. Oyun fasiləsi və sonrası açıqlamalar təşkil edəcəyik. Voleybol mütəxəssisi kimi baş koordinator Zöhrab Gözəlbəylini dəvət edəcəyik. Oyunun aparıcısı isə nazirliyin əməkdaşı Nərmin Əhmədova olacaq.

 

Bildiyiniz kimi, pandemiya ilə əlaqədar olaraq qapalı zallara azarkeşlər buraxılmır. Ona görə də biz istəyirik ki, azarkeşlər bu oyunlardan kənar qalmasın və bizim vasitəmizlə qarşılaşmaları izləmək imkanı əldə etsinlər”.

 

Qeyd edək ki, oyun

Facebook.com/mysofficialInstagram.com/gencleridmannazirliyiYoutube.com/c/genclerveidmannazirliyi səhifələri vasitəsilə canlı yayımlanacaq.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Şəkər istehlakı xərçəngə yol açır?

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77