"YUNESKO təcavüzkarın tərəfini tutacaqsa..."

12:25 12-02-2022 | icon 669 | Geopolitika
"YUNESKO təcavüzkarın tərəfini tutacaqsa..."

Qabil Hüseynli: “Yalançı subyektiv mülahizələrlə məlumatlar hazırlayacaqlarsa...”

 

YUNESKO nümayəndələrinin Azərbaycan və Ermənistana səfəri və bölgədə maddi-mədəniyyət irsinin öyrənilməsi məsələsi hələ ki, müzakirə olunur. Xəbər verdiyimiz kimi, Azərbaycan hələ 2005-ci ildə işğal altında qalan abidələrin araşdırılması ilə bağlı YUNESKO-ya müraciət edəndə ona “Yox” deyilmişdi. İddia edilmişdi ki, Ermənistan Qarabağdakı abidələrin araşdırılmasına icazə vermir.

 

Bəs nəyə görə bu gün YUNESKO ermənilərin Azərbaycanda dağıntılara məruz qoyduğu abidələrin araşdırılmasını aparmır, ermənilərin uydurduğu “erməni abidələrin” dağıdılmasını qəbul edir, Ermənistanın dağıtdığı abidələri görməzdən gəlir.

YUNESKO nəhayətdə onun qarşısına qoyulan missiyanı doğru-düzgün yerinə yetirib ikilistandartdan əl çəkəcəkmi? 

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən politoloq Qabil Hüseynli qeyd edib ki, Azərbaycan Ermənistanın Gəncəyə və Bərdəyə atdığı ballistik raketlərin dağıntılarından sonra və işğaldan azad olunmuş rayonların monitorinqi ilə bağlı dəfələrlə məlum təşkilata dəvət göndərsə də, bu günə qədər heç bir cavab olmayıb. 

 

Politoloq bu gün Avropa Birliyinin təşəbbüsü ilə YUNESKO-nun Ermənistana və Azərbaycana təkcə dağıdılmış dini abidələrin monitorinqi ilə bağlı səfər etməsini birmənalı qarşılamayıb.

 

Politoloq hesab edir ki, beynəlxalq təşkilatların bu səfərdə məhz dini abidələrin araşdırılması üzərində fokslanması düzgün deyil:

 

“Bəs niyə talan olunmuş, daşı-daş üstündə qalmayan 7 rayonun ərazilərinin monitorinqi keçirilməsin? Kəlbəcərin kökü kəsilən palıd meşəliklərinin, Zəngilanın Çinar meşəliklərinin məhv edilməsi, bütövlükdə bölgənin fauna və florasına vurulan böyük zərər haqqında niyə hesabat hazırlamasınlar?! İşğal zamanı ölkədə 69 məscid yerlə yeksan edilib. Dağıdılan məscidlər, qəbiristanlıqlar, hətta ermənilərin vəfat edənlərin nəşlərinin dişlərində qızıl axtarılması halları niyə hesabata salınmamaldır. Bütövlükdə insanlıqdan, bəşəri dəyərlərdən uzaq olan hallarla bağlı niyə ətraflı hesabat hazırlanmasın?!.”

 

Q.Hüseynli Kəlbəcərdəki alban abidəsinin Azərbayacanın əraziləri daxilində ölkəmizdə alban xalqının qalıqları olan udinlər tərəfindən idarə edilməkdə olduğunu qeyd edib. O, bu halı Laçındakı Ağdaban kilsəsinə də aid edib. Eləcə də ermənilərin Bakı şəhərinin mərkəzində olan kilsəsinin tam təmir edilərək həm ibadətə, həm də digər baxışlara açıq olduğunu bəyan edərək, bizim kilsələrlə bağlı heç bir qayğımızın olmadığını önə çəkib.

 

Q.Hüseynli hesab edir ki, sadəcə  olaraq beynəlxalq qurumların məsələləri saxtalaşdırıb təzavüzkarın xeyrinə, onun baxışına uyğun yönələndirmək cəhdləri gözdən yayına bilməz:

 

“YUNESKO nümayəndələri təkcə dini abidələrin araşdırmasını edəcəklərsə gəlməsələr daha yaxşıdır.  Gəlib təcavüzkarın suveren Azərbaycan torpaqlarnda törətdiyi amansız dağıntıların,  dini-müqəddəs yerlərimizin monitoriqini aparmayacaqla buna monitorinq demək olmaz”.

 

Q.Hüseynli bildirib ki, Azərbaycan tərəfi gələnləri təlimatlandıraraq bildirməlidir ki, monitorinq ciddi və tərəfsiz xarakter daşımalıdır. Bütövlükdə azad olunmuş rayonlarda erməni təcavüzkarları tərəfindən dağıdılmış mülklərin, maddi- mədəniyyət nümunələrinin, fauna -floranın monitorinqini aparmaqla bu məsələ ətrafında dünyaya məlumat verəcəklərsə buyursunlar. Yox gəlib qaşınmayan yerdən qan çıxarıb, yalançı subyektiv mülahizələrlə məlumatlar hazırlayacaqlarsa bu regiona bu heç bir pozitivlik gətirməyəcək. Bu beynəlxalq təşkilatın nüfuzuna da kölgə salacaq”. /hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər