Batut gimnastikası üzrə Dünya Kubokuna start verildi

13:18 12-02-2022 | icon 389 | İdman
Batut gimnastikası üzrə Dünya Kubokuna start verildi

Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Beynəlxalq Gimnastina Federasiyasının Texniki Komitəsinin üzvü Tatyana Şuyska və digər şəxslər iştirak ediblər.

 

İlk olaraq iştirakçı ölkələrin bayraqları arenaya gətirilib. Şuyska çıxış edərək Hindistan və İran idmançılarının da bu yarışda iştirak etməsindən məmnun olduğunu bildirib

 

Mariana Vasileva isə bu yarış üçün Bakıya 13 ölkədən 50-yə yaxın idmançının qatıldığını bildirib. Bolqarıstanlı mütəxəssis Dünya Kubokunu açıq elan edib.

 

Son olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra yarışa start verilib.

 

Qeyd edək ki, bu gün və sabah keçiriləcək yarışda Azərbaycanı yığma komandanın üzvü Selcan Mahsudova təmsil edəcək.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

"Bu, müharibə ehtimallarını da azaldır"

Şəkər istehlakı xərçəngə yol açır?

Kəlbəcərdə ağır QƏZA