2022-ci ilin yaz trendləri

07:30 14-02-2022 | icon 710 | Şou-biznes
2022-ci ilin yaz trendləri

Rusiyalı stilist Vladislav Lisovets 2022-ci ilin yaz trendlərindən danışıd.

 

Onun sözlərinə görə, bu yaz klyoş geyimlər, dizdən yuxarı çəkmələr və həcmli eynəklər trend olacaq.

 

“İndi dəbdə iki istiqamət var: 90-cı illərdən böyük ölçülü geyimlər qalır və 70-ci illərin üslubu gəlir”, - deyə stilist bildirib ki, daha çox bəyəndiyinizi seçə və ya onları bir-birinə qarışdıra bilərsiniz.

 

O deyir ki, çiyinləri böyük olan enli bluz və həmçinin, 70-ci illərin velvet və ya cins şalvarını eyni vaxtda geyinmək olar.

 

Baxmayaraq ki, 1970-ci illərdə dəb dar bluzlar idi, amma qarışdıra bilərsiniz: şalvar genişdirsə, bluz dar, şalvar dardırsa, kofta həcmli olmalıdır.

 

Stilistin sözlərinə görə, bu gün bütün parlaq rənglər dəbdədir: yaşıl, narıncı, qırmızı, çəhrayı və mavi.

 

“Həmçinin, 70-ci illərin rəngləri dəbdədir, yəni rəng sxemində əgər geyim maraqlıdırsa, hər hansı bir rəngə görə çox da narahat olmaq lazım deyil”, - deyə o əlavə edib ki, tədricən çiçəkli, print bəzəkli və damalı dizaynlı geyimlər də geri qayıdır.

 

Stilist onu da deyib ki, bu mövsümdə qısa şalvarlar yaddan çıxmalıdır.

 

Onun sözlərinə görə, indi şalvarlar enli və uzun olmalıdır. Cins şalvar da dəbdə qalır, lakin onların da enli və ətəyi klyoş olanları dəbdədir. Həmin şalvarlar dikdaban ayaqqabılarla geyinilməlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Şəkər istehlakı xərçəngə yol açır?

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”