Yarımfinalçılar müəyyənləşdi

12:36 14-02-2022 | icon 407 | İdman
Yarımfinalçılar müəyyənləşdi

Naxçıvan şəhərində keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının ilkin mərhələsi sona çatıb. Yarışın əsasnaməsinə görə, ilk dörd yeri tutan şahmatçı final mərhələsinə vəsiqə qazanıb.

 

Versus.Az xəbər verir ki, hərəyə 7 xal toplayan Vasif Durarbəyli və Misrətdin İsgəndərov 1-2-ci yerləri bölüşdürüb. Əlavə göstəricilərə görə Vasif Durarbəyli birinci yerin sahibi olub. Aydın Süleymanlı 6 xal ilə 3-cü yeri tutub.

 

Hərəyə 5.5 xal toplayan Məhəmməd Muradlı, Eltac Səfərli, Murad İbrahimli və Əhməd Əhmədzadə 4-7-ci yerlərdə qərarlaşıb. Əlavə göstəricilərə görə 4-cü yerə layiq görülən Məhəmməd Muradlı final mərhələsinə vəsiqəni təmin edib. Beynəlxalq qrossmeyster Eltac Səfərlinin yarımfinala vəsiqə qazana bilməməsi sürpriz olub.

 

Çempionatda iki şahmatçı – Xəzər Babazadə və Uğur İlyaslı beynəlxalq usta normasını yerinə yetirib.

 

Beləliklə, yarımfinalda Vasif Durarbəyli Məhəmməd Muradlı ilə, Misrətdin İsgəndərov isə Aydın Süleymanlı ilə qarşılaşacaq.

 

Final mərhələsi 15-18 fevral tarixlərində keçiriləcək.

 

Qeyd edək ki, final mərhələsi “İdman” telekanalı ilə şərh olunacaq. Partiyaları beynəlxalq qrosmeyster, gənclərdən ibarət yığmanın baş məşqçisi Fərid Abbasov və beynəlxalq qrosmeyster Nicat Abbasov şərh edəcək.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Kəlbəcərdə ağır QƏZA

"Bu, müharibə ehtimallarını da azaldır"

Şəkər istehlakı xərçəngə yol açır?