Yasamalda güzəştli mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

12:08 15-02-2022 | icon 486 | İqtisadiyyat
Yasamalda güzəştli mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə güzəştli mənzillər haqqında məlumatların ətraflı təqdim olunduğu yasamal2.mida.gov.az internet səhifəsi və onun mobil versiyası istifadəyə verilib.

 

Mənzil İnşaatı Dövlət Agentliyindən Versus.Az-a bildirilib ki, istifadəyə verilmiş internet səhifə hər kəs üçün Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi barədə ətraflı məlumat əldə etmək imkanını təmin edir.

 

Səhifəyə daxil olan hər kəs 5 əsas bölmədən ibarət menyu vasitəsilə Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən güzəştli mənzillərin daxili və xarici perimetr üzrə sahələri, otaqlarının sayı, tikinti ərazisinin baş planı ilə tanış ola bilərlər.

 

İnternet səhifəsində həmçinin güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, müraciət qaydası, mümkün ödəniş üsulları, MİDA ilə əməkdaşlıq edən agent banklar haqqında məlumatları əldə etmək üçün müvafiq səhifələrə keçidlər təqdim olunur.

 

Səhifənin “Mənzillər” bölməsi isə Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində mənzillərin satışı ilə bağlı elan verildikdən sonra aktivləşdiriləcək. İstifadəçilər bu bölmədə hər bir mənzilin planı, sahəsi, interyer nümunəsi və təmir növü haqqında məlumat əldə edə biləcəklər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ