Razılıq əldə olundu

16:51 17-02-2022 | icon 426 | İqtisadiyyat
Razılıq əldə olundu

Azərbaycanda Türkiyə standartları tətbiq ediləcək

 

Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında strateji tərəfdaşlıq əlaqələri çərçivəsində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AZSTAND) ilə Türk Standartları İnstitutu (TSE) arasında razılıq əldə edilib.

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumatda bildirilib ki, razılığa əsasən, AZSTAND ölkə ərazisində Türkiyənin 9000-dən çox milli standartının rəsmi nəşrlərini yaymaq hüququna malik olacaq.

 

Türk Standartları İnstitutunun beynəlxalq tələblərə cavab verən milli standartarının ölkəmizdə tətbiqi, insanların həyat və ya sağlamlığının, ətraf mühitin və əmlakın mühafizəsi və digər önəmli sahələrdə həyata keçirilən tədbirlərin icrasına töhfə verəcək.

 

Eyni zamanda, standartların tətbiqi Azərbaycan Respublikasının ərazisində mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə) və istehsal metodlarına dair norma, qayda və tövsiyələrin, habelə standartlaşdırma obyektlərinin təhlükəsizliyi və keyfiyyətinə dair minimum tələblərin müəyyən edilməsi məqsədilə qəbul olunan normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsi fəaliyyətlərində istifadə olunacaq, keyfiyyət infrastrukturunun inkişafına xidmət edəcək.

 

Hər iki dövlət qurumu qarşılıqlı təcrübədən faydalanmaq və ticarəti asanlaşdırmaq üçün standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi (sınaq, yoxlama, sertifikatlaşdırma və s.), təlimlər və digər sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədi ilə fəaliyyətlərini daha fəal şəkildə davam etdirəcək. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

Tanınmış yazar MHB-yə üzv oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ