Türkiyədən Yunanıstana NOTA

02:26 24-02-2022 | icon 302 | Dünya
Türkiyədən Yunanıstana NOTA

Rəsmi Ankara Egey dənizində türk balıqçı qayığına atəş açılması səbəbindən Yunanıstana etiraz notası təqdim edib.

 

Versus.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

 

Bildirilib ki, 2 fevral 2022-ci il tarixində Yunanıstan Sahil Təhlükəsizliyi Xidmətinin bölmələri Qaraburun şəhərinin qərbində Türkiyənin “Baba Oğul” və “Esila Liyak” adlı balıqçı qayıqlarına atış açıb və nəticədə birinci qayıqdakı Türkiyə vətəndaşı güllə yarası alıb.

 

İnsident səbəbindən 23 fevralda Yunanıstanın Türkiyədəki səfiri XİN-ə çağırılıb və Egey dənizində balıqçılara qarşı qeyri-mütənasib güc tətbiqinə görə qarşı tərəfə etiraz notası təqdim edilib.

 

Nazirliyin açıqlamasında bildirib ki, Türkiyə balıqçı qayıqlarına edilən təzyiqlər naviqasiya azadlığının pozulmasıdır və bu, bir daha təkrarlanmamalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Kəlbəcərdə ağır QƏZA

"Bu, müharibə ehtimallarını da azaldır"

Şəkər istehlakı xərçəngə yol açır?