MCP-dən Ukraynanın ərazi bütövlüyü ÇAĞIRIŞI

21:10 24-02-2022 | icon 388 | Geopolitika
MCP-dən Ukraynanın ərazi bütövlüyü ÇAĞIRIŞI

Fuad Əliyev: "Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa borcludur"

 

"Rusiyanın Ukraynaya hücumu göstərdi ki, diplomatiya, danışıqlar, vədlər və buna bənzər digər aktlar sadəcə prosesdir, gündəlik rutindir. Onun üçün də hər bir ölkənin xarici gücə yox, öz gücünə güvənərək siyasət aparması vacibdir".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bildirib.
 
 
Bu gün Rusiyanın Ukraynanın demokratik və suveren seçiminə təcavüz etməsinin təəssüf doğurduğunu deyən deputatın sözlərinə görə, Rusiyanın öz iradəsini Ukraynaya zorla qəbul etdirməyə çalışması demokratik prinsiplərə ziddir:
 
 
"Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa borcludur. Separatizm bir yaradır. Azərbaycan da erməni separatizmi ilə üz-üzə qalıb. Ukraynada da iki separatizm ocağı yaradılıb və bu iki ocaq bütün Avropanın təhlükəsizliyinə təhdiddir. Hər bir ölkənin, o cümlədən Ukraynanın sərhədlərinin toxunulmazlığı qırmızı xəttdir. Separatizmə dəstək vermək dünya düzənini pozur və bütün dünyada münaqişələr, milyonlarla günahsız ölüm, aclıq və səfalətə yol açır".
 
 
Razi Nurullayev bildirdi ki, hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün addımlar atmalıdır:
 
 
 
"Heç bir ölkə isə başqa ölkəni öz təhlükəsizliyini qorumaq üçün qalxana çevirə bilməz. Təəssüflər olsun ki, Ukrayna bu məqsədlər üçün artıq neçənci dəfədir ki, döyüş poliqonuna çevrilir.
 
Hər bir suveren ölkənin azad seçim, sərbəst xarici siyasət və azad şəkildə bloklara qoşulma hüququ var. Bu yoxdursa, o necə suveren ölkədir? Güclü olmaq, böyük olmaq, zəifi, kiçiyi öz iradəsinə tabe etmək anlamına gələ bilməz və bu qəbuledilməzdir".
 
 
R.Nurullayev vurğuladı ki, MCP Ukraynanın ərazi bütövlüyünü və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət etməyə çağırır.
 
 
PƏRİ
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər