"Rusiyadan daha çox ABŞ işğal siyasəti yürüdüb"

07:48 25-02-2022 | icon 542 | Geopolitika
"Rusiyadan daha çox ABŞ işğal siyasəti yürüdüb"

Fuad Əliyev: "Qərb Ukraynanı NATO-ya üzv etmədi, əvəzində qonşusu ilə bəlaya saldı"

 

Rusiyanın Azərbaycan ictimai rəyində reputasiyası heç də yaxşı deyil. Moskvadan gələn istənilən addım ölkədə xoş qarşılanmır. Hər zaman Kremlin Bakı ilə bağlı açıqlamaları, addımları həmlə kimi, işğal siyasəti olaraq qiymətləndirilir. Təbii, bu ictimai rəyin formalaşmasında təbliğat da öz rolunu oynamaqdadır.

 

Lakin tarixi reallıqlar daha çox cəmiyyətə belə düşünməyə əsas verir:

20 Yanvar qırğını, Xocalıda 366-cı alayın törətdiyi cinayətlər, zaman-zaman təzyiqlər, rus sülhməramlılarının Qarabağda ermənilərə hamilik etməsi... Nəhayət, sonuncu - müttəfiqlik bəyannaməsini də Rusiyanın Azərbaycanı öz orbitinə bir qədər də yaxınlaşdırması kimi dəyərləndirir. Ancaq paralel olaraq biz insanlarda rus dilinə həvəs, övladlarını rus bölmələrində oxutmaq istəyində görürük. Cəmiyyət rus siyasətini pisləyir, amma onun dilini öyrənməyə üstünlük verir. Azərbaycanlıların Rusiya ilə bağlı mövqeyi niyə ikilidir? Rusiyaya nifrətimiz hazırkı situasiyada adekvatdırmı?

 

Qərb və İranın ölkəmizdəki təsir agentləri də bu məsələdə aktivdirlər. Onlar sosial şəbəkələrdə sistemli təbliğat aparır, Rusiyanın düşmən, qorxunc imicini yaradırlar. Qərbə və İrana Azərbaycanın Rusiya ilə normal münasibət qurması əsla sərf etmir. Axı Rusiya Azərbaycana hücum da etmir, ərazilərimizi ilhaq eləmir, son illər iki ölkə arasında qarşılıqlı anlaşmalar var. Bəs bu yanaşmanın, nifrətin səbəbi nədir? Faktiki olaraq, Rusiya postsovet məkanında bir çox ölkələrlə münasibətlərdə gərginlik yaşadığı zamanda Azərbaycanla son dərəcə isti əlaqələr var. Həmçinin işğal edilmiş ərazilərin azad olunmasında Rusiya qarşımıza maneə kimi çıxmadı. O zaman bu rusofobiya haradan qaynaqlanır? Nə üçün Rusiya ictimai rəydə özü haqda müsbət xal qazana bilmir?

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin fikrincə, Rusiyadan daha çox ABŞ işğal siyasəti yürüdüb: 

 

“Əfqanıstanı 20 il məhv etdi, İraqda qan su yerinə axdı, minlərlə insan həyatını itirdi, Ukraynanı NATO-ya üzv etmədilər, əvəzində qonşusu ilə bəlaya saldılar, ”ərəb baharı" ilə Suriyanı, Liviyanı viran qoydular. Amma amerikalıların etdikləri heç kəsin gözündə imperializm siyasəti kimi görülmür, adını demokratiya uğrunda mübarizə qoyurlar. Zənnimcə, Rusiya indi özü Azərbaycan cəmiyyətinin rəğbətini qazanmaq üçün çalışmalıdır. Əgər Qarabağ məsələsində tamamilə bütün bəndlər icra edilsə, 10 noyabr sənədi yerinə yetirilsə, sərhədlər tanınsa, regionda nəqliyyat xətləri işə düşsə, Rusiyanın imici yüksələcək. Bundan əlavə, azərbaycanlılar bu ölkədə çörək qazanır, ölkəyə kapital gətirir və Rusiya dövləti onlara heç bir problem yaratmır, qarşısını kəsmir. Ona görə Qərb sektorunun apardığı təbliğat işinin də burada təsirlərini görmək lazımdır". /“Yeni Müsavat”/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər