Rusiyanın səhm bazarında ciddi ÇÖKÜŞ

10:13 25-02-2022 | icon 629 | İqtisadiyyat
Rusiyanın səhm bazarında ciddi ÇÖKÜŞ

Natiq Cəfərli: “Bu müharibə dünyanın yeni iqtisadi böhranlara hamilə olmasıdır”

 

“Rusiya-Ukrayna müharibəsi regionda və dünyada kifayət qdər ciddi problemlər yaradır. Rusiyanın  aqressiyası dayandırılmasa, Rusiya ilə normal anlaşma  mümkün olmasa,  bu dünya iqtisadiyyatında yeni böhran dalğalarının yaranmasına səbəb olacaq”. 

 

Versus.az xəbər verir ki, bunu politoloq, iqtisadçı Natiq Cəfərli Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin dünya iqtisadi balansına təsirlərini şərh edərkən bildirib.

 

Artıq dünəndən Rusiya - Ukrayna arasında geniş miqyaslı toqquşmaları qeyd edən politoloq hesab edir ki, bu müharibə, nəinki iqtisadi, hətta geosiyasi faciələrə də yol aça bilər:

 

“İkinci dünya müharibəsindən sonra çox ciddi bir konfliktin yaranmasını müşahidə edirik və bunun çox təhlükəli inkişafı mümkündür”.

 

N.Cəfərli bildirib ki, artıq Rusiyanın səhm  bazarında ciddi çöküş müşahidə olunur. Rubl artıq tarixi minimumları yeniləmək üzrədir:

 

“Artıq dolların qarşısında, 90 rublın 1dollar məzənnəsini gördük.  Yəqin ki, davamlı şəkildə rublin düşəcəyini də görəcəyik. Bunun Rusiya üçün çox ciddi fəsadları olacaq. Amma dünya iqtisadiyyatı da bu fəsadlardan yan keçməyəcək. Əgər Rusiyanın aqressiyası dayandırılmasa sanksiyaların daha da kəskinləşməsi, ümumiyyətlə Qərblə əlaqələrin tamamilə kəsilməsi , sovet vaxtında olduğu kimi, dəmir pərdənin çökməsi  baş verəcək ki, bu da  dünya iqtisadiyyatında da ciddi təlatümlərə səbəbə olacaq. Artıq biz bunu görürük. Son 8 ildə ilk dəfədir ki, neftin qiyməti 100 dolları keçdi, qazın hər min kub metrinin qiyməti 1400 dollara yaxınlaşdı. Bu dünyada infilyasiya deməkdir, dünyadakı qiymət artımının sürətlənməsi deməkdir, dünyanın yeni iqtisadi böhranlara hamilə olması deməkdir”. 

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ