“Rusiyaya aqressiyasının qarşısını almaq olar, əgər...”

19:13 25-02-2022 | icon 752 | Geopolitika
“Rusiyaya aqressiyasının qarşısını almaq olar, əgər...”

Aytən Qurbanova: "Rusiyaya qarşı dünya birliyindən belə bir cavab görmürük”

 

"Hər hansı bir dövlətin hədə altına alınması, işğal faktının təsdiqlənməsi heç bir normal insanın, yaxud normal xarici siyasətə malik dövlətin təsdiqləyəcəyi anlayış deyil. Çox təəssüf ki, Rusiyanın aqressiv siyasəti sadəcə Putin admnistrasiyası dövrü ilə məhdudlaşmır. Tarixi perspektivdən baxsaq, Rusiyanın eyni təcrübəyə sahib olan siyasi kursunun adekvat davamı olduğunu görə bilirik. Bunun qarşısını almağın yeganə yolu Rusiyaya adekvat hərbi addımların atılması, onun müdaxilə  imkanları olan dövlətlərə eyni qaydada dəstəyin verilməsidir. Bu sözdə olmamalıdır”. 

 

Versus.az xəbər verir ki, bunu politoloq Aytən Qurbanova Rusiya-Ukrayna müharibəsinin başlanması və hansı təsirlərlə üzləşmə ehtimalları ilə bağlı açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, Ukraynaya hərbi dəstəyin verilməsi, kifayət qədər əsaslı sanksiyaların tətbiq olunması, konkret olaraq siyahıda hər hansı şəxslərin adlarının açıqlanması ilə deyil:

 

“Rusiyaya geniş proqram çərçivəsində sanksiyalar tətbiq edilərsə, Rusiya dünyadan təcrid olunarsa onun aqressiyasının qarşısını almaq olar. Ancaq təəssüflər olsun ki, Rusiyaya qarşı dünya birliyindən belə bir cavab görmürük”.

 

Politoloq hesab edir ki, Rusiya hər hansı bir formada nə post-sovet məkanının, nə Ukraynanın və ya digər ölkələrin NATO-ya üzvülük, Şərqə doğru genişlənməsi məsələsini güzəştə getməyib:

 

“Gürcüstanla bağlı proses Ukraynada da təkrarlandı və gözləntilər oldu. Rusiyanın iddiasına görə onun ən böyük təhlükə sərhədlərinə doğru NATO-nun genişlənməsidir.  Rusiya adekvat tələblərinə Qərb dövlətlərindən, ABŞ-dan adekvat cavablar almadı. Ona görə də hərbi müdaxilə onun daxili siyasəti üçün qaçınmaz idi. Çünki Ukrayna Rusiya üçün həyati məkan idi. O məkanda təhlükəsizliyinə hədə olduğu halda hər hansı beynəlxalq hüquq normaları, beynəlxalq təşkilatlar Rusiyanın qarşısını ala bilməz”. /hafta.az/

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər