"Rusiyanın bank sahibləri və oliqarxları maliyyə itkiləriylə üzləşəcək"

09:09 26-02-2022 | icon 424 | Geopolitika
"Rusiyanın bank sahibləri və oliqarxları maliyyə itkiləriylə üzləşəcək"

Elxan Şahinoğlu: “Tətbiq ediləcək sanksiya Kreml sahibini düşündürüb”

 

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günündə Çində kömürün qiyməti artıb. Kömür Çində istifadə olunan əsas enerji mənbəyidir. Mütəxəssislərin fikrincə, kömürün qiymətinin yüksəlməsi Çin iqtisadiyyatının digər sahələrinə də mənfi təsir edəcək. Ukrayna ətrafında baş verənlər neftin qiymətinin də artımını sürətləndirib ki, bu da kənardan neft alan Çin iqtisadiyyatına yaxşı heç nə vəd etmir. Ona görə də Rusiya prezidenti Vladimir Putin düşmənləri ilə yanaşı dostlarını da çətin vəziyyətə salıb. Pekin Kremlin işğalçı siyastətinə səssiz qalsa da, həyəcan içindədir”.

 

Versus.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rusiya-Ukrayna müharibəsinin dünya güclərini iqdisadi sahədə hansı zərərlərlə aparacağı ilə bağlı şərhində bildirib. Politoloq qeyd edib ki, Rusiya yaxın gələcəkdə qazı Avropaya sata bilməsə ümidi Çinə qalacaq.

 

“Ancaq Çin tamamən Rusiya qazından asılı vəziyyətə düşmək istəyərmi? Çin bu gün Rusiyanın strateji tərəfdaşıdır, sabah durum dəyişsə Moskva Avropanı qazla təhdid etdiyi kimi Çini də təhdid etməyəcəkmi?

Bu arada, ABŞ və Böyük Britanlyanın Rusiya banklarına və oliqarxlarına qarşı tətbiq edəcəyi sanksiya qərarı Kreml sahibini düşündürüb. Putin hiyləgər siyasətçidir və bütün planlarını detallarına qədər əvvəlcədən hazırlayır. Putin Ukraynaya müdaxilə planını aylardır hazırlayırdı, bu sırada Kiyevin mühasirəyə alınmasından tutmuş Cernobıl atom elektrik stansiyasının ələ keçirilməcinə qədər bütün bəndlər çoxdan hazırlanıb. Ancaq Putin hərbi müdaxilədən sonra üzləşəcəyi bütün geosiyasi və iqtisadi risqləri hesablamaq iqtidarında deyil. Ona görə də o fevralın 24-də Kremldə tələsik yerli biznesmenlər görüş həyata keçirdi. Putin onları hökumətlə təmasda işləməyə dəvət etdi. Bu görüş təsadüfi deyildi”.

 

E.Şahinoğlu hesab edir ki, Rusiyanın bank sahibləri və oliqarxları Ukrayna ilə müharibə fonunda böyük maliyyə itkiləriylə üzləşəcəklər:

 

“Onların Qərb banklarındakı şəxsi hesabları  dondurulacaq, ABŞ və Avropada yaşayan övladlarını çətinliklər gözləyəcək. Bütün bunlar da Putinin Ukraynaya işğalına görə baş verəcək. Deməli bir müddətdən sonra bamk sahibləri və oliqarxlar Putindən hesab sora bilərlər. Putin bunu qabaqlamaq üçün biznesmenlərlə görüşüb onları sakitləşdirməyə çalışıb. Ancaq müharibə davam etdikcə siyasi və iqtisadi risqlər artacaq və bu gün sakit görünən bank sahiblərinin və oliqarxlarının maliyyə itkiləri böyüyəcək. Bu zaman onlar siyasi proseslərə təsir etməyə çalışacaqlar”. /hafta.az/

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər