Bu filmlərin Rusiyada premyerası ləğv edildi

11:57 01-03-2022 | icon 436 | Film
Bu filmlərin Rusiyada premyerası ləğv edildi

“Warner Bros.” studiyası baş rolunu Robert Pattinsonun oynadığı "Betmen" filminin Rusiyada nümayişini premyeradan bir gün əvvəl ləğv edib.

 

“Ukraynadakı humanitar böhran fonunda “WarnerMedia” Rusiyada “Betmen” bədii filminin yayımını dayandırıb. Vəziyyəti izləməyə davam edəcəyik. Biz bu faciənin tez zamanda və sülh yolu ilə həllinə ümid edirik”, - deyə şirkətdən bildirilib.

 

 

“Warner Bros.”dan sonra “Sony” də Rusiyadakı filmlərinin premyerasını dayandırdığını açıqladı:

“Ukraynada davam edən hərbi əməliyyatları və bunun nəticəsində regionda baş verən qeyri-müəyyənliyi, həmçinin humanitar böhranı nəzərə alaraq, biz Rusiyada planlaşdırılan teatr tamaşalarımızı, o cümlədən "Morbius"un yaxınlaşan premyerasını dayandıracağıq”.

 

 

Qeyd edək ki, “Betmen”in premyerası martın 2-nə, Cared Letonun baş rolunu ifa etdiyi “Morbius”un premyerası isə martın 24-nə planlaşdırılırdı.

 

Bir gün əvvəl “Disney” də Rusiya ərazisində film nümayişlərini dayandırdığını elan edib. Şirkət buna səbəb kimi Ukraynaya müdaxilə və Rusiyanın əməliyyatı səbəbindən başlayan humanitar böhranı göstərib.

 

Bundan başqa martın 10-na planlaşdırılan “Mən qızarıram” (“Turning Red”) cizgi filminin premyerası da Rusiyada baş tutmayacaq.

 

 

Rusiya qanunlarına əsasən, martın 1-dən etibarən “Netflix” Rusiyanın 20 federal kanalını yayım şəbəkəsinə daxil etməli idi. Ancaq Ukrayna hadisələri ilə əlaqədar yayım xidməti bundan imtina edib.

 

“Mövcud vəziyyəti nəzərə alaraq, bu kanalları xidmətimizə əlavə etməyi planlaşdırmırıq”, - deyə şirkətdən bildirilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

"Bu, müharibə ehtimallarını da azaldır"

Kəlbəcərdə ağır QƏZA

Şəkər istehlakı xərçəngə yol açır?