500 manatlıq əsginaslarla bağlı AÇIQLAMA

15:11 02-03-2022 | icon 549 | İqtisadiyyat
500 manatlıq əsginaslarla bağlı AÇIQLAMA

500 manatlıq xatirə pul nişanlarının istehsal limitinin artırılması nəzərdə tutulmur.

 

Versus.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) məlumat verilib:

 

“Beynəlxalq təcrübəyə uyğun olaraq 500 manat nominallı bu xatirə pul nişanı məhdud sayda (1 milyon ədəd) istehsal olunub. Hazırda istehsal olunmuş 500 manatlıq xatirə pul nişanının 25 faizi tədavüldədir və onun istehsal limitinin artırılması, eləcə də dizaynının dəyişdirilməsi nəzərdə tutulmur”.

 

Qeyd edək ki, 500 manat nominallı xatirə pul nişanı Qarabağın azadlığı uğrunda 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun tarixi zəfəri münasibəti ilə Mərkəzi Bank tərəfindən 4 noyabr 2021-ci il tarixində tədavülə buraxılıb.

 

Xatırladaq ki, ötən günlərdə 500 manat nominallı xatirə pul nişanlarının dövriyyədəki sayının artırıla biləcəyi, eləcə də növbəti dövrdə onun dizaynının da dəyişdirilməsi məsələsi sosial mediada müzakirə edilirdi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ