“Sanksiyaları hesaba alan Rusiya …sövdələşməyə gedib”

10:04 06-03-2022 | icon 523 | Geopolitika
“Sanksiyaları hesaba alan Rusiya …sövdələşməyə gedib”

Ruslam İmamquliyev: “Rusiya yenidənqurmada ciddi pay almaq istəyir”

 

Rusiyanın Ukraynaya ərazi iddiası ilə fevralın 23-də başladığı müharibə dünya güclərinin maraqları və gözləntiləri aspektində təhlil olunmaqdadır. Dünyanın geostrateji, geopolitik, geoiqtisadi mənzərəsi, coğrafi xəritəsi müharibə və dünya güclərinin Rusiyaya tətbiq elədiyi sanksiyalarla necə dəyişə bilər. Məhz bu cür hərbi toqquşmalar Avropanın, Qərbin, NATO -nun Ukraynaya dəstəyi fonunda hansı reallığı yaradıb və dünyanın maraqlı olduğu bu oyunda “uduşun” nə olacağı tamlığı ilə ortaya qoyulmur. Böyük güclər regionda müharibələrin baş verməsində maraqlı görünürsə səbəb nədir?

 

Bu istiqamətdə Versus.az-a şərh verən hərbi təhlilçi, "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Ruslan İmamquliyev Ukrayna-Rusiya müharibəsi kontekstində dünyada cərəyan edən proseslərə fərqli prizmadan yanaşıb.

 

O, məsələyə dünya güclərinin apardığı böyük müharibələrin səbəb və nəticələri fonunda diqqət çəkib:

 

“Hər yüz ildən bir müqavilələrə baxılır və yeni yaranacaq fürsətlərdən hər kəs maksimum fayda əldə etməyə çalışır.

1914 - 1923-cü illər arasında baş verən birinci dünya müharibəsində dünyanın bölüşdürüldüyünü, xəritələrin yenidən tərtib olunduğunu qeyd edən R.İmamquliyev dünyanın eyni ssenari və planla hərəkət etdiyi ehimalını irəli sürüb.

Hərbi ekspert Rusiyanın bu prosesdəki rolunu önə çəkir və hesab edir ki, Rusiya (2014-2023) yüz illik müqavilələrin zamanının bitməsindən sonra yenidənqurmada ciddi pay almaq istəyir. Rusiya BRİCS ölkələri ilə milli valyuta üzərindən ticarətə başlayır və Milli İqtisadiyyat Modelini qurmağa başlayır. Eyni zamanda xam maddələr satışına məhdudiyyətlər qoyur, daxili istehsalı və yeni məhsulların ixracatı üzərindən xarici ticarəti artırmağa çalışır”.

 

R.İmamquliyev qeyd edib ki,  Rusiya 2014-cü ildə isti dənizlərə açılmaq üçün Ukrayna, Kırımı ələ keçirib. Bunu edərkən Türkiyə, Qafqaz və Orta Asiya ilə münasibətlərini müsbət yöndə tənzimləməyə çalışıb:

 

“Rus ordusu tərkibində qeyri -millət və müsəlmanların sayını artıraraq xüsusi bölmələr qurur. Çünkü slavyan və ya xristian əhalisi olan ölkələrə qarşı digər millət və dindən olan əsgərlərlə döyüşə girmək ən doğrusu olacaqdı. Hətta ara sıra Putin yeni məscidlər tikdirir və müsəlmanlığı qəbul etmək istəyirmiş kimi şailər yayılır. 2022-ci ildə Ukrayna Qaradəniz sahillərini tamamən işğal edilməyə çalışır. Avropa və Türkiyə təhdidlərin fərqindədir”.

 

Hərbi təhlilçi bildirib ki, Rusiya ona qarşı ola biləcək iqtisadi sanksiyaları əvvəlcədən hesaba alıb. Onun fikrincə, iqtisadi vəziyyətinin çox da yaxşı olmadığı vaxtda bunu edə bilməsi üçün gizli və önəmli sövdələşmələri olmalıdır:

 

“Bütün şübhələr Çinin üzərindədir. Pekin çox səbrli və təmkinli davranır. Bütün hallarda Rusiyanın geri addım atmaq kimi yolu yoxdur. Ukraynada qalib çıxmasa, bu onun bir sonrakı yüz ilə qədər daha da cılız dövlət olaraq yaşamasına səbəb olacaq. Heç bir şəkildə parçalanmayacaq amma keçmiş sovet respublikaları yeni bloklarda təmsil olunaraq daha müstəqil siyasət həyata keçirə biləcəklər”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər