“Qalatasaray” “Barselona”ya, “Bazel” “Marsel”ə qarşı

11:26 10-03-2022 | icon 398 | İdman
“Qalatasaray” “Barselona”ya, “Bazel” “Marsel”ə qarşı

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin daha beş ilk oyunu keçiriləcək.

 

Versus.Az xəbər verir ki, İspaniyada “Sevilya” və “Vest Hem” arasında keçiriləcək görüş ən maraqlı cüt hesab olunur. Ancaq ölkəmizdə Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray”ın İspaniyada “Barselona” ilə görüşü daha maraqla gözlənilir.

 

Moskva “Spartak”ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar turnirdən kənarlaşdırıldığı üçün Almaniyanın “Leypsiq” klubu 1/4 finala birbaşa vəsiqə qazanıb.

 

Xatırladaq ki, ilk oyun günündə “Lion” (Fransa) Portuqaliyada “Portu”nu 1:0, “Ayntraxt” (Almaniya) isə İspaniyada “Betis”i 2:1 hesabı ilə məğlub edib.

 

Avropa Liqası

1/8 final mərhələsi (ilk oyunlar)

10 mart

21:45 “Sevilya” (İspaniya) – “Vest Hem” (İngiltərə)

00:00 “Reyncers” (Şotlandiya) – “Srvena Zvezda” (Serbiya)

00:00 “Braqa” (Portuqaliya) – “Monako” (Fransa)

00:00 “Atalanta” (İtaliya) – “Bayer” (Almaniya)

00:00 “Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə).

 

Bu gün həmçinin Avropa Konfrans Liqasında 1/8 final mərhələsinə start veriləcək. Bütün oyunlar eyni gündə keçiriləcək. Bu mərhələnin diqqət çəkən matçlarından biri pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Marsel”lə “köhlən atlar”la eyni qrupda yer almış “Bazel” arasında olacaq.

 

Avropa Konfrans Liqası

1/8 final (ilk oyunlar)

10 mart

21:45 PAOK (Yunanıstan) – “Qent” (Belçika)

21:45 “Slaviya” (Çexiya) – LASK (Avstriya)

21:45 “Vitess” (Niderland) – “Roma” (İtaliya)

21:45 “Partizan” (Serbiya) – “Feyenoord” (Niderland)

00:00 “Marsel” (Fransa) – “Bazel” (İsveçrə)

00:00 “Lester” (İngiltərə) – “Renn” (Fransa)

00:00 PSV (Niderland) - “Kopenhagen” (Danimarka)

00:00 “Budö/Qlimt” (Norveç) – “AZ Alkmaar” (Niderland).

Qeyd edək ki, hər iki turnirdə cavab qarşılaşmaları martın 17-də keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Kəlbəcərdə ağır QƏZA

"Bu, müharibə ehtimallarını da azaldır"

Şəkər istehlakı xərçəngə yol açır?